“Sovetski” sakinləri ilə görüş oldu (FOTO, YENİLƏNİB-2)

img

18-02-2014 [18:04]


"Ev sahibinin razılığı olmadan, heç kimin evi sökülməyəcək”. Bunu Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Sovetski” kimi tanınan ərazidə sakinlərlə görüşü zamanı deyib. ANS PRESS-in verdiyi məlumata görə, H.Abutalıbov bildirib ki, sakinlər evlərinin sökülməsi və ya verilən konpensasiyalarla ilə bağlı İcra hakimiyyətinə müraciət ediblər. "Əhalinin xahişləri yazılı şəkildə qəbul edilib. Biz isə öz növbəmizdə edilən müraciətə martın 3-də yazılı şəkildə cavab veriəcəyik. Əmin olun ki, heç bir vətəndaşın evi onun razılığı olmadan sökülməyəcək. Evləri sökülənlərə isə konpensasiyalar qanun çərçivəsində veriləcək”.

Saat 17:32
"Sovetski" sakinlərinin hüquqularının müdafiəsi komitəsinin sədri Namiq Quliyev 9 bənddən ibarət tələbnamə hazırladıqlarını deyib. ANS PRESS-in məlumatına görə, o, jurnalistlərə açıqlamasında bütün şikayətlərə mart ayının 3-də yenidən baxılacağını bildirib.
Bundan əlavə görüşdə iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov heç kimin evinin özünün razılığı olmadan sökülməyəcəyini deyib.

Saat 16:38
Bu gün Bakının "Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərlə hökumət nümayəndələrinin görüşü başlayır. Sakinlərin ANS PRESS-ə bildirdiklərinə görə, sakinlərlə məktəbin zalında keçirilən görüşdə baş nazirin müavini Abid Şərifov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və millət vəkili Ülvi Quliyev görüşür. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da iştirak etdiyi bildirilir.

Görüş Yasamal rayonundakı 150 saylı orta məktəbin zalında keçirilir.
ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, şikayəti olan sakinlər içəriyə 10-15 nəfərlik qruplar halında buraxılırlar. Onlara şikayətlərini yazılı şəkildə etmələri və yaxın günlərdə şikayətlərin müzakirə ediləcəyi bildiirlib.

Virtualaz.org-un məlumatına görə, polis əməkdaşları Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov da daxil olmaqla rəhbər işçilərin tapşırığı ilə jurnalistləri zorla zaldan çıxarmağa çalışıblar. Amma sakinlər buna etiraz edib.
Görüşdə çıxış edən baş nazirin müavini Abid Şərifov sakinlərə sakit şəkildə danışmaq xəbərdarlığını edib. Abid Şərifov da jurnalistlərin zaldan çıxarılması təklifi ilə çıxış etsə də sakinlər buna ciddi şəkildə etiraz etdi.

Qeyd edək ki, Bakının "Sovetski” kimi tanınan ərazisinin sakinnləri onlara veriləcək kompensasiyanın məbləğinin azlığından şikayətlənirlər.
Fevral ayının 16-da bu ərazidə kompensasiyanın azlığına şikayət edən sakinlərin dinc aksiyası keçirilib. Sakinlər onlara mənzillərinin hər kvadrat metrinə görə təklif edilən 1500 manatının az olduğunu deyirlər.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA