18-02-2014 [17:00]
O, teleqraf.com-a açıqlamasında bu addımını səhhətindəki problemlərlə əlaqələndirdi: "Səhhətim normal deyil, ona görə müalicə üçün İrana gedirəm. İşdən uzaqlaşmaq barədə ərizəmi Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm. İndi İrana gedəcəyəm, oradan qayıdandan sonra müalicəm davam edəcək. Və yəqin ki, artıq başqa işlə məşğul olacağam".
O, hələlik nazirlikdən rəsmi cavab almadığını, amma bunun tezliklə baş verəcəyinə ümid etdiyini deyib. 17 ildir ki, teatra rəhbərlik edən Mehman Şükürov ötən ilin sonlarında nazirlik tərəfindən teatrda aparılan araşdırmalardan sonra töhmət alıb. Son hadisələrin səhhətinə təsir etmədiyini deyən direktor uzun müddətli iş fəaliyyətindən sonra istirahətə ehtiyacı olduğunu bildirib. O əlavə edib ki, hazırda onu teatrda müavini Vidadi Məmmədov əvəz edir.
Qeyd edək ki, teatrda çalışan texnik-radist Anar Süleymanov bir müddət öncə bizə açıqlamasında teatrda baş verən qanunsuzluqlarla bağlı həm Mədəniyyət və Turizm Nazirliyinə, həm də Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəndən sonra teatrın müdriyyəti tərəfindən ona qarşı təzyiqlərin çoxaldığını demişdi.
Fevralın 14-də yekunlaşan məhkəmənin nəticəsi barədə məlumat verən A.Süleymanov çıxarılan qərarın onun xeyrinə olduğunu bildirib: "Teatrın töhməti məhkəmənin qərarı ilə ləğv olunub. Məhkəməyə direktorun özü yox, nümayəndəsi gəlmişdi".
Direktorun işdən uzaqlaşmaq istəyinin son olaylarla bağlı olduğunu qeyd edən Anar bu mənada məqsədinə çatdığını deyib: "Əlbəttə, direktorun ərizə yazmasının səbəbi mənim etirazım, media orqanlarında yazılanlar olub. O, təzyiqlərə dözməyib ərizə yazmağa məcbur oldu. Hazırda direktorla münasibətlərim yaxşıdır. Bu hadisələrdən öncə də ona demişdim ki, biz düşmən deyilik, olmayacağıq da. Amma istəyirəm ki, qanun qarşısında cavab verəsiniz, ərizə yazıb işdən çıxasınız. Nazirliyin yoxlamalarından sonra demək olar ki, teatrda heç bir iş görülmədi.
Direktor şəhərin mərkəzində afişaların asıldığını desə də, mən hələ ki, şəhərdə afişa görməmişəm. Nazirliyin həftədə dörd tamaşa oynanılması ilə bağlı əmri də yerinə yetirilməyib. Biz heç həftədə iki tamaşa belə oynamırıq. Nə olubsa, ancaq görüntü üçün olub.
Bütün bu hadisələrdən sonra ən böyük dəyişiklik direktorun ərizə yazıb işdən çıxması olub. Mən bu teatrı, bu sənəti sevən bir adamın teatra rəhbər gətirilməsini istəyirəm. Amma mənə xəbər çatıb ki, bura bizim teatrdan olan çox səviyyəsiz birini direktor təyin etmək istəyirlər. Ad çəkmək istəmirəm, amma dəqiq bilirəm ki, o adam hər gün işə sərxoş vəziyyətdə gəlir.
Ümumiyyətlə, mən hesab edirəm ki, bizim teatrda direktor olacaq layiqli namizəd yoxdur. Bütün bunlara baxmayaraq, mən sonuna kimi mübarizəmi davam etdirəcəyəm".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi