Zakir Həsənov "təmizləmə"ni davam etdirir, nazir Səfər Əbiyevin daha bir kadrını işdən çıxartdı

img

18-02-2014 [14:20]


Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Hərbi mənbələrdən "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə verilən məlumata görə Müdafiə Nazirliyinin baş stomatoloqu, nazirliyin Stomatoloji Hərbi Poliklinikasının rəisi polkovnik Fərhad Hacıyev vəzifəsindən çıxarılıb. Digər məlumata görə, Hacıyevin yerinə Daxili Qoşunlardan mayor rütbəsində olan həkim stomotoloq təyin olunub.

Keçmiş nazir Səfər Əbiyevin adamı kimi tanınan polkovnik Fərhad Hacıyevin eyni zamanda Əbiyevin göydələnlər tikmək üzrə biznes ortağının olduğu bildirilir.

Milaz.info


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA