Fədayə Laçın: "Heç vaxt da xoşbəxt olacağıma inanmıram..." - MÜSAHİBƏ
25-10-2021 [09:43]
Hazırda Rusiyada yaşayan müğənni Fədayə Laçın Musavat.com-un suallarını cavablandırıb, şəxsi həyatında və yaradıcılığında baş verən yeniliklərdən söz açıb.
Mia.az həmin müsahibəni təqdim edir
- Neçə müddətdir Rusiyadasınız? Həyatınız, yaradıcılığınız necə keçir? Bakıya dönməyi düşünürsünüzmü?
- Artıq il yarımdır ki, Rusiyadayam. 2020-ci ilin mart ayında İbrahim Borçalı ilə onunla birlik bura Novruz konsertinə gəldik. Konsertdən sonra İbrahim Borçalı geri, vətənə döndü. Həmin vaxt bir neçə toy sifarişi aldım və buna görə bir həftəlik Rusiyada qalası oldum. Lakin 1 həftə ərzində pandemiya ilə əlaqədar sərt karantin rejimi tətbiq edildi, 2 aylıq sərhədlər bağlandı və mən Azərbaycana dönə bilmədim.
2 aydan sonra isə toylara icazə verildi və mən də həyatıma sıfırdan başlayan bir insan kimi burada toylara getməyə, ailəmi dolandırmağa başladım.
Yaradıcılığıma gəldikdə, yeni gözəl mahnılar yazdırıram. Bu yaxınlarda istedadlı müğənnimiz Pərvin Səfərov mənə yeni "Dostum" adlı mahnını təklif etdi ki, onu birlikdə duet oxuyaq. Mən də Pərvinin istedadına bələd olduğum üçün bu təklifdən imtina etmədim. Beləliklə, duet oxuduq və mahnı tez bir zamanda trendə düşdü. Qeyd edim ki, mahnının sözləri və musiqisi Vüsal İbrahimovundur.
Həmçinin sözləri və musiqisi Elşad Kubinkaya məxsus "Ötdü cavanlıq" adlı mahnıya klip çəkdirdik. Həmin mahnı artıq mənim "Youtube" kanalımda yayımlanır.
Bakıya dönməyi düşünürəm, amma burada həm mənim, həm də oğlumun işləri olduğu üçün hələ ki, buradayıq. İşlərimizi səhmana saldıqdan sonra vətənə geri dönməyi düşünürəm.
Lakin gələcək haqqında heç vaxt dəqiq söz demirəm. Çünki hər şeyi Allah bilir.
- Tez-tez şahidi oluruq ki, bəzi müğənnilərimiz onların Rusiyadakı toy bazarına başqalarının daxil olmasını qıcıqla qarşılayır, ara-sıra barələrində "özlərini məclislərdə yaxşı aparmırlar" kimi ittihamlar səsləndirməkdən çəkinmirlər. Siz də bu cür münasibətlə qarşılaşmısınızmı? Ümumiyyətlə, qazanc dalınca Rusiyaya gələn həmkarlarınız haqqında bu cür fikirlər səslənməsini necə qarşılayırsınız?
- Bakıdan həmkarlarım gələndə, onları burada görəndə çox sevinirəm. Əgər Azərbaycanda toy yoxdursa, onlar qazana bilmirlərsə niyə də gəlib burada qazanmasınlar? Qoy hər kəsin ruzisini Allah versin. Biz istəsək, istəməsək də Allah yaratdığı bəndəsinə ruzi yetirəcək, istər vətəndə, istərsə də qərib ölkədə. Beləliklə, mən həmkarlarımın qazanc dalınca Rusiyaya gəlməsini pis qarşılamıram. Əksinə, hər zaman deyirəm ki, Rusiya çox böyük ölkədir. Nə qədər oxuyanımız çox olsa bu bizim üçün çox yaxşıdır. Təki Azərbaycanın gözəl, istedadlı musiqiçiləri dünyanın hər yerində olsun, eləcə də Rusiyada.
- Oğlunuzla birgə restoran açdığınız haqda xəbərlər yayılmışdı. Bu həqiqətdirmi?
- Bəli, oğlumun restoran açması xəbəri həqiqətdir. Əlbəttə ki, restoranı almamışıq, kirayə tutub, bu cür işlədirik.
- Biz adətən sizin Tacir Şahmalıoğlu ilə birgə duet ifa etməyinizə alışmışdıq. İllər sonra yeni duet ortağı ilə ortaya çıxmağınız xeyli müzakirə yaratdı. Pərvin Səfərovla duet ortaqlığınız bundan sonra da davam edəcəkmi?
- Pərvin Səfərovla duet ortaqlığımız bundan sonra da davam edə bilər. Çünki Pərvin istedadlı oğlandır. Qarşıda onunla yeni bir mahnı ərsəyə gətirməyi düşünürük.
Ümumiyyətlə, ifaçılar mənə duet təklif edəndə ilk növbədə onun istedadına diqqət edirəm. Əgər istedadı varsa və yaxud sənətdə yenidirsə, o qədər də tanınmırsa ona dəstək olmaq üçün təklifi qəbul edirəm.
- Dekabrın 1-də sizin dədə-baba yurdunuz Laçının işğaldan azad olunmasının 1 ili tamam olacaq. Çox təəssüf ki, sizi tamaşaçılara ilk Fədayə Laçın kimi tanıdan Məhəbbət Kazımov bu günləri görə bilmədi. Bəs siz doğma yurdunuzu görməyə nə zaman gedəcəksiniz? 44 günlük müharibə başlayanda Laçının da tezliklə azad olunacağını gözləyirdinizmi?
- Nə vaxt icazə verilsə Laçına gedəcəm. Bu ilin iyul ayında vətənə gəlmişdim. Çox can atdım ki, heç olmasa Şuşaya gedim, amma nəsə baş tutmadı. İnşallah, Allah nə zaman qismət edərsə, o zaman gedib Qarabağımızı görərəm.
Bu sevinci bizə bəxş edən Azərbaycanın igid oğullarına, şəhidlərinə Allah rəhmət eləsin, analara səbr versin, qazilərimizə də şəfa versin.
- Hər kəs bilir ki, bir neçə il öncə siz həyatınızı sıfırdan başladınız. Əlbəttə ki, zərif bir qadın kimi bu yükləri daşımağa böyük cəsarət, iradə gərəkir. 44 yaşlı Fədayə Laçın indi həyata hansı baxışlarla baxır? Onun üçün nələr dəyişib, nələr yenə də öz yerində qalıb?
- 44 deyil, 45 yaşlı Fədayə Laçın həyata elə həmin baxışlarla baxır, Allaha güvənərək yaşayır, həyatını da sıfırdan başlayıb. İnşallah hər şey yaxşı olar.
- Yenidən sevib, qadın kimi xoşbəxt olacağınıza inanırsınızmı?
- Qadın kimi heç vaxt xoşbəxt olmadım, heç vaxt da xoşbəxt olacağıma inanmıram..."
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar