BU UNİVERSİTETLƏRDƏ KORONAVİRUS YAYILIB - Açıqlama + SİYAHI
20-10-2021 [14:39]
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə sentybarın 29-dan ali təhsil müəssisələrində ənənəvi tədris bərpa edilib. İndiyədək ali məktəblərin əksəriyyətində tələbə və müəllimlər arasında koronavirusa yoluxma halları qeydə alındığından bir çox qruplar distant təhsilə keçib. COVID-19-a yoluxanlar 14 günlük karantin müddətini bitirdikdən sonra yenidən təhsillərini davam etdirə bilirlər.
Mia.az xəbər verir ki, ali təhsil müəssisələrində koronavirus səbəbindən distant təhsilə keçən qruplar barədə araşdırma aparıb.
Tədrisin bərpasından sonra Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan tələbələrin cəmi 3 nəfərində koronavirus əlamətləri aşkarlanıb. BMU-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin tələbələr dərhal nəzarətə götürülüb, müvafiq tibb mərkəzinə müraciət olunub və analizlər götürülüb: “Hər 3 tələbədə yoluxma aşkarlanıb və 14 gün müddətinə onların dərslərdən kənarlaşdırılması qərarı verilib. Hazırda koronavirus aşkarlanan tələbələrin təhsil aldıqları qruplar nəzarətdə saxlanılır və əlavə hər hansı yoluxma qeydə alınmayıb. Universitetdə pandemiyadan müdafiə məqsədi ilə Nazirlər Kabinetinin qaydalarına ciddi şəkildə riayət olunur. Qərarın tələblərinə uyğun şəkildə BMU-da çalışan professor-müəllim heyəti və işçiləri vaksinasiya olunub.
Bununla yanaşı, kənar şəxslərdən BMU-ya gələrkən girişdə vaksin pasportu, immun və əks göstəriş sertifikatı tələb olunur. Əgər qeyd olunan müvafiq sənəd varsa, BMU-ya daxil olmasına icazə verilir. Əks halda universitet ərazisinə girişə icazə verilmir. Bununla bərabər BMU-ya daxil olan şəxslərin hərarətləri elektron termometrlə ölçüldükdən sonra universitetə buraxılır, fiziki məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur”.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, hazırda təhsil ocağında müxtəlif təhsil pillələrində 20 363 nəfər tələbə təhsil alır: “29 sentyabrdan etibarən dərslər ənənəvi qaydada keçirilməyə başlanıb. Dərslər hibrid formada həm onlayn, həm ənənəvi şəkildə təşkil olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qaydalarına əməl olunur. Ötən dövr ərzində 14 qrupda COVID-19-a yoluxma faktı qeydə alınıb. Universitetin poliklinikası və şəhər epidemioloji mərkəzin fəaliyyəti ilə son təmas günü müəyyən edilib və qruplar 14 gün müddətinə distant təhsilə keçirilib. 14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrup bu dövrü bitirib ənənəvi təhsilə geri dönüb. Tələbələr arasında virusu ağır keçirən yoxdur. Tədris bu qaydalarla davam etdirilir”.
Azərbaycan Dillər Universitetindən (ADU) bildirilib ki, tədris prosesi Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin mövcud təlimatlarına əsasən təşkil olunub: “Tədris zamanı bütün karantin qaydalarına riayət olunur. COVID-19-a yoluxma halı təəssüf ki, bütün orta və ali təhsil müəssisələri kimi Azərbaycan Dillər Universitetində də var. Həmin tələbələr karantinə alınıb. Yoluxan tələbələrin qayıbının nəzərə alınmaması məsələsi tamamilə əsassızdır. Virusa yoluxma haqqında sənəd təqdim edən tələbələrin qayıbı nəzərə alınacaq. Bu, təlimata əsasən indi yox, semestrin sonunda həyata keçirilir. Hazırda vurisa yoluxan tələbələrin sayı 14-dür. 3 qrup isə müvəqqəti olaraq distant təhsilə keçib”.
Bakı Dövlət Universitetinin (BDU) 7 qrupunun tələbələri arasında koronavirus aşkarlanıb. Həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib.
Azərbaycan Tibb Universitetində (ATU) 5 qrupda tələbələr arasında koronavirusa yoluxma halı qeydə alınıb. Həmin qruplar distant təhsilə keçib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) üç qrup distant təhsilə keçib: “Hər qrupda bir nəfərdə koronavirusa yoluxma aşkarlandığı üçün həmin qruplar tədrisə onlayn formada davam edir. Həmin qrupların olduğu fakültə dekanlığı mütəmadi olaraq virusa yoluxan tələbələrlə əlaqə saxlayıb vəziyyətləri ilə maraqlanırlar. Həmin qruplarda başqa tələbələrdə virusa yoluxma aşkarlanmayıb”.
Azərbaycan Texniki Universitetində (AzTU) 3 tələbədə koronavirus aşkarlanıb: “Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant təhsilə keçib. Ancaq universitetdə yoluxma kütləvi deyil. Virusa yoluxan tələbələrin vəziyyəti normaldır”.
Sumqayıt Dövlət Universitetində (SDU) 2 qrup yoluxma səbəbindən distant təhsilə keçib: “Digər fakültələrdə az sayda tələbə yoluxduğundan qrup bağlanmadan, tələbələr 14 günlük izolyasiyaya göndərilib”.
Azərbaycan Dövlət İqtisad Universiteti və Mədəniyyət və İncəsənət Universitetində isə distant tədrisə keçən qrup olmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi