Xədicə İsmayılovadan yeni sensasion sənəd

img

17-02-2014 [16:12]


Jurnalist Xədicə İsmayılova "Facebook" səhifəsində sensasion sənəd yerləşdirib. Söhbət MTN əməkdaşının "Tam məxf" qrifli hesabat məktubundan gedir.

Xədicə İsmayılovanın yazdığına görə, bu sənədi ona 2011-ci ildə MTN-in hansısa keçmiş işçisi ötürüb. Lakin jurnalist həmin vaxt sənəddə yazılanların düzgün olduğunu təsdiqləyən dəlil-sübutun olmaması üzündən məktubu ictimailəşdirmək istəməyib.

Bununla belə MTN-in keçmiş zabiti Mirsaleh Axundzadə ötən gün ANS-də çıxış edəndən sonra Xədicə İsmayılova həmin sənədi hər halda yaymağa qərar verib. Və ona kiçik şərh də yazıb: "Bu sənəd sizin mahiyyətinizi göstərir".

Maraqlıdır ki, Xədicə İsmayıl məktubu "Facebook"da yerləşdirdikdən 20 dəqiqə sonra onu silib. Və bu barədə məlumat saytlarda yayılandan sonra - məktubun fotosu yenidən Xədicə İsmayılovanın profilində görünməyə başlayıb.

ANS TV


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA