Şahin Mustafayev işçilərinə tapşırıq verdi

img

17-02-2014 [16:11]


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev nazirlikdə müşavirə keçirib. Nazirlikdən verilən məlumata görə, nazir vətəndaşların qaldırdığı məsələlərin daha diqqətlə öyrənilməsi və həlli üçün operativ tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verib.

Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısının verdiyi tapşırıqların icrasına dair geniş müşavirə keçirilib. Nazir Konfransda dövlət başçısı tərəfindən fermerlərin istehsal etdikləri məhsulların satışına dövlət dəstəyinin göstərilməsi, daxili bazarın qorunması, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsalının prioritet olaraq saxlanması, yeni bazarlara çıxışın təmin olunması, xaricdən idxal olunan məhsullara ciddi nəzarət olunması barədə müvafiq tapşırıqlar verildiyini diqqətə çatdırıb.

Müşavirədə nazir Şahin Mustafayev dövlət başçısı tərəfindən məmur-vətəndaş münasibətlərinə xüsusi diqqət göstərdiyini vurğulayaraq, Sənaye və İqtisadiyyat Nazirliyinə müraciət edən vətəndaşların qaldırdığı məsələlərin daha diqqətlə öyrənilməsi və həlli üçün operativ tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA