17-02-2014 [12:56]
Bakının Nərimanov rayonu, M.Əlizadə küçəsindəki 53 saylı evin sakini Əli Nəbiyev dövlət başçısından kömək istəyir. Əli Nəbiyev Xocalıdan olan məcburi köçkündür. O, vaxtilə erməni əsirliyində olub. Ikinci qrup Qarabağ müharibəsi əlili olan 73 yaşlı Əli Nəbiyev dövlət başçısına ünvanladığı məktubun surətini "Azadlıq”a da göndərib. O, məktubunda yazır:
"1992-ci ildə Xocalı soyqırımında tağım komandiri kimi döyüşərək, əsir düşüb ermənilərin işgəncələrinə məruz qaldım. 1996-cı ildə mərhum H.Əliyev məni qəbul edərək, Bakı Şəhər Icra Hakimiyyətinin o vaxtkı başçısı Rəfael Allahverdiyevə biz əlillərə torpaq ayrılmasını tapşırdı. Eləcə də dövlətdən 2 faizlə bizə kredit verilməsi, iş yeri kimi, bizə bina tikilməsi haqda göstəriş verdi. Rəfael müəllim bizə torpaq ayırsa da, pul verilmədi. Həmyerlimiz Sibirdə iş adamı idi. Onlardan illik 20 faizə olmaqla, 1 milyon pul götürüb bina tikdik və 2006-cı ildə təhvil verdik. Lakin borc aldığımız pulu qaytara bilmədik. Tikdiyimiz bina prezidentin iqamətgahının qarşısına düşdüyü üçün 2011-ci ilin 5 sentyabrında Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 6 mərtəbəli binamızı sökdürdü. Xocalı soyqırımında ermənilərə əsir düşərək işgəncələrə məruz qalmış dörd ailəni çöllərə tökdü. Icra başçısı bizə dedi ki, ”Xocalı” kiçik müəssisəsinin sökülmüş binasının kompensasiyası bir neçə ay gecikəcək. O, "Araz” tikinti cəmiyyətilə danışdığını və 2012-ci ilin may-iyun ayına kimi müəssisəmizin kompensasiyasını verəcəyini dedi. Buna əsasən, "Araz” cəmiyyəti bizə zəmanət müqaviləsi təqdim etdi ki, 2012-ci ilin iyununa kimi binanı tikib verəcək. Onlar bizi aldadıb müəssisəmizi əvvəlki binasından çıxartdılar, icra başçısı isə 1500 manat kirayə və binanın 2500 manat icarə pulunu kompensasiya alanadək verəcəyini söylədi. May ayında mənə dedilər ki, notariat kontorunda onlara vəkalət verməliyəm. Mənə "Xocalı” müəssisəsinin sökülən 2330 kvadrat metr sahəsinin 4 milyon 500 min manatını alacaqlarını və binanı tikdirib bizə verəcəklərini dedilər. Bununla razılaşmayanda icra başçısı binanın kirayə və icarə pulunu, söküntü üçün kompensasiyanı bizə vermədi. Şirkət də binanın tikintisini dayandırdı.
Icra başçısının müəssisəmizin köçürülməsinə dair verdiyi sərəncamda yazılıb ki, yeni tikilən binanın sənədlərini "Xocalı” kiçik müəssisəsi almalıdır. Buna baxmayaraq, Abdin Fərzəliyev 2011-ci ilin iyununda öz imzasıyla Kərəm Həsənovdan xahiş edib ki, müəssisəmizin binasının altındakı torpağı özəlləşdirməsin. Icra başçısı üç ildir ki, bizi süründürür. 2 saylı Bakı Inzibati-Iqtisad məhkəməsi və Apelyasiya məhkəməsi qərar qəbul etsə də, icra başçısı dedi ki, prezident "Xocalı” kiçik müəssisəsinə pul verilməməsini şəxsən tapşırıb. Ali Məhkəmə də buna görə qərarı ləğv etdi. Icra başçısı əməllərilə məni özümü öldürməyə məcbur edir. Artıq geriyə yol yoxdur. Düşdüyümüz vəziyyətin aydınlaşdırılması və müvafiq qərar qəbul edilməsini sizdən xahiş edirəm”.azadliq.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi