Moldovada 18 oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd olunub - FOTOLAR
18-10-2021 [23:55]
18 oktyabr tarixində ölkəmizin Moldovadakı Səfirliyində 18 Oktyabr - Müstəqilliyin Bərpasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, tədbirdə Moldova Respublikası Parlamentinin vitse-spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) fraksiya sədri Mihail Popşoy, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunmuş Bolqarıstan, Belarus, Litva və Rumıniyanın səfirləri, Türkiyə, Rusiya, Almaniya, Slovakiya və digər səfirliklərin əməkdaşları, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) sədri Elçin Bayramov, eləcə də Moldovada fəaliyyət göstərən icmaların rəhbərləri, üzvləri, həmvətənlərimiz və yerli media nümayəndələri iştirak edib.
İlk öncə, tədbir iştirakçıları tərəfindən Səfirliyin önündə yeni yaradılmış bağçada Ulu Öndər Heydər Əliyevin büst-heykəli önünə gül dəstələri düzülüb.
Tədbirdə açılış nitqi söyləyən səfir Qüdsi Osmanov qonaqları salamlayıb, Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verərək 1991-ci ilin bu günündə ölkəmizin müstəqilliyinin bərpa edildiyini, bu dövrdə ölkəmizin çox gərgin və mürəkkəb proseslərlə qarşılaşdığını, bunun Ermənistanın Azərbaycana qarşı təcavüzünün güclənməsinə səbəb olduğunu və torpaqlarımızın 20 faizinin işğala məruz qaldığını bildirib. Səfir qeyd edib ki, 1993-cü ildə xalqın iradəsi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə ölkəmizdə sabitlik bərqərar olub, görkəmli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə inkişafı və beynəlxalq əməkdaşlığını genişləndirməsi nəticəsində dövlət müstəqilliyimiz möhkəmləndirilib, ümummilli liderin davamçısı Prezident İlham Əliyevin uzaqgörən siaysəti nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. O, Ali Baş Komandan Prezident İlham Əliyevin siyasəti, qətiyyəti və müdrikliyi sayəsində bu gün müstəqilliyin bərpası gününün qalib ölkə olaraq ərazi bütövlüyümüzün bərpası şəraitində qeyd olunduğunu dilə gətirib və 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsininin daim ehtiramla yad edildiyini diqqətə çatdırıb.
Daha sonra səfir Q.Osmanov çıxışında Azərbaycan-Moldova münasibətlərindən söhbət açaraq gələcək əməkdaşlıq perspektivlərindən danışıb, burada yaşayan həmvətənlərimizi daim diqqətdə saxladığına görə Moldova rəhbərliyinə təşəkkürünü bildirib.
Moldova Parlamentinin vitse-spikeri, PAS-ın fraksiya sədri M.Popşoy çıxış edərək Moldova parlamenti və xalqı adından ölkəmizi və bütün azərbaycanlıları müstəqilliyimizin bərpasının 30 illik yubileyi münasibətilə təbrik edib. Vitse-spiker qeyd edib ki, bu il Moldova Respublikası da müstəqilliyinin 30 illiyini qeyd edib və qardaş ölkələrimiz 30 illik müstəqillik tarixində oxşar proseslərlə üzləşib. O, ölkərimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bununla da ölkələrimiz arasında təmasların möhkəmləndirilməsi ilə bağlı planların olduğunu vurğulayıb. M.Popşoy bildirib ki, hakim partiyanın fraksiya sədri olaraq, Moldovada yaşayan azərbaycanlıların təşkilatçılığı, fəallığı və səfərbərliyini hər zaman digər icmalar üçün nümunə göstərib. O, MAK-ın diaspor fəaliyyətində təcrübəli yaşlı nəslin yerini istedadlı gənc nəslə ötürməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Diaspor təşkilatımızın səmərəli fəaliyyətinin ümumilikdə ölkələrimiz arasında münasibətlərin genişlənməsinə müsbət təsir göstərdiyini bildirən M.Popşoy yüksək səviyyəli əməkdaşlığın, günü-gündən möhkəmlənən müstəqilliyin xalqlarımızın rifahına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Öz növbəsində, tədbirdə Belarus Respublikasının Moldovadakı səfiri Anatoliy Kalinin çıxış edərək dövlət müstəqilliyimizin ölkədəki stabilliyə, iqtisadi inkişafa zəmin yaratması baxımından qiymətli və vacib olduğunu dilə gətirib. Belarus səfiri qeyd edib ki, Azərbaycanın inkişafı onu regionun, Cənubi Qafqazın aparıcı ölkəsinə çevirib. O, Azərbaycan xalqının zəhmətkeş və qürurlu olduğunu bildirib. Azərbaycan-Belorus münasibətlərindən söhbət açan səfir Azərbaycanı dost ölkə adlandırıb və iki ölkə arasında ticarət dövriyyəsinin, bütün sahəhələrdə ikitərəfli təmasların, beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı dəstəyin bunun göstəricisi olduğunu qeyd edib. Səfir MAK-ın Moldovadakı fəaliyyətinin burada yaşayan belorus icması üçün də nümunə olduğunu diqqətə çatdırıb.
Sonda A.Kalinin dövlət müstəqilliyinin bərpasının 30 illik ildönümü münasibətilə Azərbaycan rəhbərliyini və xalqımızı təbrik edərək, xoş arzularını bildirib.
Bundan əlavə, tədbirdə Türkiyə Respublikasının Moldovadakı Səfirliyinin əməkdaşı Özlem Okuyucu təbrik nitqi ilə çıxış edərək Türkiyənin ölkəmizin müstəqilliyini tanıyan ilk ölkə olduğunu, bunun iki qardaş ölkə arasında xüsusi münasibətlərin mövcudluğunun göstəricisi olduğunu bildirib, “bir millət - iki dövlət” ideyası altında Azərbaycanın daim yanında olduğunu vurğulayıb. Sonda o, müstəqillik uğrunda və Vətən müharibəsində şəhid olanlara başsağlığı diləyib.
Sonda tədbirdə çıxış edən MAK-ın sədri Elçin Bayramov müstəqilliyimizin bərpası gününün ilk dəfə olaraq bu il ərazi bütövlüyünü bərpa etmiş qalib xalq olaraq qeyd etdiyimizi bildirib və MAK-ın daim Vətənimizin uğurları, həqiqətləri, adət-ənənələrinin təbliği istiqamətində çalışacağını vurğulayıb.
Tədbir çərçivəsində ölkəmizin müstəqillik tarixinə həsr edilmiş fotolardan ibarət sərgi təşkil edilib, sözügedən sərgi qonaqlar tərəfindən böyük maraqla izlənilib.
Eyni zamanda, tədbirdə qonaqlara Azərbaycan mətbəxinin milli təamları təqdim olunub.
Ölkəmizin Moldovadakı Səfirliyində Müstəqilliyin Bərpasının 30-cu ildönümünə həsr edilmiş tədbir Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi