Deputat-rektor yeni prorektor təyin etdi

img

17-02-2014 [11:12]


"Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəllili Azərbaycan Müəllimlər İnsitutunun elmi işlər üzrə prorektor vəzifəsinə təyin edilib.

Mia.az Dia.az-a istinadən xəbər verir ki,  bu barədə məlumatı Fariz Xəlilli öz "Facebook" hesabında verib:

”Azərbaycan Müəllimlər İnsitutunun rektoru, professor Aqiyə xanım Naxçıvanlıya İnstitutun elmi işlər üzrə prorektor vəzifəsini mənə həvalə etdiyinə görə minnətdarlıq edirəm. Bu İnstitutda qarşılaşdığım səmimiyyət və təmizlik məni hər zaman ruhlandırıb, elm sahəsindən çıxmış olsam da, bir tədris müəssisəsində bu sahənin mənə etibar edilməsindən məmnunam və etimadı doğrultmağa da çalışacağam”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA