İcra başçısının oğluna məxsus varidatın bir hissəsi açıqlandı - Siyahı

img

17-02-2014 [10:42]




 Son günlər ölkə mətbuatında, sosial şəbəkələrdə bəzi məmur övladlarının dəyəri 100 min dollarla ölçülən avtomobillərinin "sərgisi” nümayiş erdirilir. Bu məsələ cəmiyyət arasında birmənalı qarşılanmır. Belə ki, cəmiyyət üzvlərini bu ərköyün balaların hansı pulla bu avtomobillərə sahib olması sualı düşündürür. Doğrudan da haqlı sualdır: Bu ərköyün balaların məmur ataları hər ay dövlətdən konkret olaraq 1000 manat civarında maaş alırsa, o zaman bu bahalı maşınlar hansı mənbə hesabına alınıb? 

Mia.az  Qafqaznews.az saytına istinadən xəbər verir ki, Kürdəmirin icra başçısı, sabiq kənd təsərrüfatı naziri İrşad Əliyevin oğlu Vüqar Əliyevlə həyat yoldaşı Məmmədova Nigar Azad qızı bu yaxınlarda boşanıblar. İş məhkəməyə gedib və əmlak bölgüsü tələb olunub. Bu zaman isə başçının oğlunun varidatının bir qismi məhkəmə qətnaməsində öz əksini tapıb. Məsələnin ən maraqlı tərəfi isə məhkəminin qətnaməsində daşınar və daşınmaz əmlakların qiymətlərini xeyl az göstərməsidir. Beleləiklə, keçmiş nazirin oğluna məxsus "avtopark”ı təqdim edirik: 

1. RENAULT RVİ (F) -30 min manat,
2. Mercedes-Benz - 13 min manat,
3. Grand Cherokee - 11 min manat,
4. TOFAŞ-Doğan -
5. KMA MVV-18L - 25 min manat,
6. Oplegger - 9 min manat,
7. Goddeeris - 10 min manat,

 Xəbərdə o da bildirilir ki, icra başçısı səlahiyyətlərindən ve geniş əlaqələrindən istifadə edərək, qətnamənin icrasına da problemlər yaratmaqdadır. 

Xəbərlə bağlı İrşad Əliyevlə danışmaq cəhdlərimiz alınmadı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA