Generallar və idarə rəislərinin çıxarılmasının sirri - Müdafiə Nazirliyi

img

17-02-2014 [10:33]


Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə xidmət etmiş hərbi qulluqçuların tutduqları vəzifələrdən kənarlaşdırılması ilə bağlı açıqlama verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, kadr və struktur dəyişikliyi müdafiə sisteminin və idarəetməninin təkmilləşdirilməsinə yönəlib:

"Azərbaycan Respublikası Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, kadr və struktur dəyişikliyi döyüş hazırlığının daha da yüksəldilməsinə imkan yaradıb”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hərbi qulluqçuların yerdəyişmələri məsələsinə də aydınlıq gətirilib: "Müdafiə Nazirliyinin strukturundakı hərbi qulluqçuların yerdəyişmələri xidmət illəri, yaş həddi, uzun müddət eyni vəzifədə qalma nəzərə alınmaqla rotasiya qaydasında həyata keçirilir” (ANS).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA