Mikayıl Cabbarov öz kadrının atasını kollec direktoru qoydu

img

17-02-2014 [10:23]


Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Əmirşah Əliyev tutduğu vəzifədən azad olunub. Çox böyük ehtimalla nazir Mikayıl Cabbarov bu gün onun yerinə təyinatla bağlı əmr imzalayacaq.

Bu sözləri Mia.az-a Təhsil Nazirliyindən adının çəkilməsini istəməyən şəxs deyib. Onun sözlərinə görə, Əmirşah Əliyevin vəzifədən çıxarılmasında Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan qanunsuz tələbə qəbulu faktları böyük rol oynayıb: "Sabiq direktor və müavini qulluq mövqelərindən istifadə etməklə müxtəlif vaxtlarda müxtəlif adamlardan övladlarını kollecə qəbul etdirəcəyi adı altında pul alıblar. Bununla bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə aşılmış cinayət işi də hələ bağlanmayıb. Ola bilər ki, direktoru həbs də eləsinlər”.

Müsahibimiz sabiq direktorun yaxın ətrafından bir nəfərin bu günlərdə narkotik maddə ilə yaxalandığını da deyir: "Bu məsələ də Əmirşah Əliyevi fakt qarşısında qoydu”.

Sabiq direktorla danışa bilmədiyimizdən narkotik sohbətinin təfərrüatlarına hələ ki toxunmadıq. Tərəfin mövqeyini öyrənməklə bu məlumatı diqqətinizə çatdıracağıq.

***

Nazir Mikayıl Cabbarov mia.az-ın xəbər verdiyi kimi, bu gün Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru vəzifəsinə təyinat aparıb. 

Mia.az Kirpi.tv-yə istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarov bu gün kollecin direktoru vəzifəsinə Aydın Əliyevi təyin edib.

Xatırladaq ki, Aydın Əliyev vaxtı ilə Gəncə Humanitar Kollecinin direktoru vəzifəsində işləyib. Məlumatda o da bildirilir ki, yaş senzi ilə əlaqədar vəzifəsindən azad edilən Aydın Əliyevin Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinə rəhbər təyin edilməsində Təhsil Nazirliyində məsul vəzifədə çalışan oğlunun böyük rolu olub. O da vurğulanır ki, Aydın Əliyevin oğlu nazirliyəMikayıl Cabbarovla eyni vaxtda eyni komanda ilə gəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA