"VƏZİYYƏT HƏR AN MÜHARİBƏYƏ ÇEVRİLƏ BİLƏR" - Yunan nazir Bilnkenlə görüşdə Türkiyəni hədələdi, "savaşa hazırıq" dedi (FOTOLAR)
14-10-2021 [23:27]
Şərqi Aralıq dənizində Türkiyənin qərarlı müqaviməti ilə qarşılaşan Yunanıstan xaricdən güclü hərbi və siyası dəstək almaqda davam edir
Mia.az xəbər verir ki, iki həftə əvvəl Fransayla hərbi dəstək sazişi imzalayan rəsmi Afina bu gün də ABŞ-la oxşar müqaviləyə imza atıb.
Bu gün Yunanıstanın xarici işlər naziri Nikos Dendias ABŞ dövlət katibi ABŞ dövlət katibi Entoni Blinken görüşərək, son nəsil qırıcıların alınması və digər hərbi dəstəyi özündə etiva edən yeni sazişi rəsmiləşdiriblər.

ABŞ-la son hərbi təlimlər zamanı bölgədəki müəyyən nöqtələrdə hərbi bazaların qurulmasını müsbət cavab verən Yunanıstan xarici işlər naziri iki ölkə arasındakı razılaşmaları təsdiqlədikdən sonra elə ABŞ Dövlət katibinin əyləşdiyi masada gözlənilməz bəyanat verib.
O, ABŞ və Yunanıstan arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək, Türkiyəyə açıq savaş xəbərdarlığı edib.
Dendias "Suverenliyimiz təhlükə altındadır. Vəziyyət hər an müharibəyə çevrilə, hər an savaş başlaya bilər. Biz hər bir ehtimala tam hazırıq", - deyərək, ölkəsinin bölgədəki "əhəmiyyətli rolu"ndan söz açıb:
"Miqrant böhranı və Şərqi Aralıq dənizindəki gərginlikdən sonra ölkəmizin əhəmiyyəti daha da artıb. Siz də (Blinkenə xitabən - Mİa.az) bunu xüsusi vurğuladınız. ABŞ və Yunanıstanın qərarlı olduğunu söylədiniz. Burada sülh üçün təhlükəli hərəkətlər var və qorunmaq, digər ölkələrin suverenliyinin təhdidinə qarşı hazır olmalıyıq.
Bilirsiniz, Şərqi Aralıq dənizində Yunanıstan müharibə ilə üz -üzədir. Müharibə təhlükəsi var. Deməliyəm ki, hər gün təxribata məruz qalırıq".
Nazir sonda sərt ifadələrini bir qədər yumşaldaraq, Türkiyə ilə problemləri diplomatik yolla həllinə çalışdıqlarını iddia edib: "Yunanıstan problemləri diplomatiya yolu ilə həll etməkdə qərarlıdır. Biz beynəlxalq hüquqa riayət etməkdə də qərarlıyıq".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi