Ziya Məmmədovun daha bir qardaşıoğlunun maşın kolleksiyası

img

15-02-2014 [12:47]



Bir neçə gün öncə mətbuatda Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun avtomobil kolleksiyasını əks etdirən foto görüntülər yayılmışdı. Qeyd edək ki, bahalı avtomobillərdən ibarət kolleksiyada bütün maşınların dövlət nömrə nişanları da diqqəti çəkmişdi. "Lamborghini Avendator LP700-4” (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir), "Mercedes CLS 63” (72 min dollar),"Grand Cherokee” (60 min dollar),- "Ferrari” (bu maşınların qiyməti 200 min dollardan başlayır), "Maserati” (ən sadə modeli 65 min dollardır) kimi dünyanın brend avtomobillərinin yer aldığı kolleksiyada bütün maşınların dövlət nömrə nişanlarında 100 rəqəmi var.

Avropa.info bu dövlət nömrə nişanının tarixi ilə bağlı məlumat əldə edib. Aynar Məmmədov və onun qardaşı Elnur Məmmədovu şəxsən tanıyan mənbənin dediyinə görə, təkzib edilməsinə baxmayaraq mətbuatda təqdim olunan bütün avtomobillər Aynar Məmmədova məxsusdur.
"Bütün avtomobillər ona məxsusdur və dövlət nömrə nişanı da 100 rəqəmi ilə bitir. Aynar Məmmədovun ən çox xoşladığı dövlət nömrə nişanı 10 LR 100-dür. Hazırda bu nömrə də onun ixtiyarındadır. Əvvəllər sonu 100 rəqəmi ilə bitən dövlət nömrə nişanı onun qardaşı Elnur Məmmədova məxsus idi . Bakı Dövlət Unversitetinin sabiq tələbələri Elnuru yaxşı xatırlayarlar. Hətta Elnur bəzi vaxtlar avtomobillərinin dövlət nömrə nişanı yerinə "ELNUR 100" yazmaqla da sürürdü. Hazırda Elnur Məmmədov sonu 999 rəqəmi ilə bitən dövlət nömrə nişanlı avtomobillər sürür. Onun ən çox xoşladığı nömrə 10 RR 999-dur. Elnur Məmmədov vaxtilə dövlət nömrə nişanı 100 rəqəmi ilə bitən Mercedes ML 55AMG, Jeep Grang Cherokee SRT8, BMW X6, Fiat 500, Maseratti markalı avtomobillər idarə edirdi".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA