Daha bir Qarabağ əlili özünə od vurdu - YENİLƏNİB

img

15-02-2014 [12:10]



Azərbaycanda daha bir Qarabağ əlili özünü yandıraraq intihar edib. Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sumqayıt sakini, 1 ci qrup Qarabağ əlili Məcidov Malik Qardaşxan oğlu özünü Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında yandıraraq intihar edib. 

Əvvəlcə Sumqayıt şəhər xəstəxanasına aparılan M.Məcidov gecə saatlarında Bakıdakı 5 saylı xəstəxanaya gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

***

"Qarabağ qaziləri” Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev APA-ya bildirib ki, M. Məcidovun özünü yandırması barədə yayılan informasiyalar doğru deyil: "Malik Məcidov özünü yandırmaq istəyib, lakin ətrafındakı insanlar buna mane olublar. Sadəcə Malik Məcidov intihar məqsədilə üstünə benzin tökdüyü üçün həmin maye onun dərisinə zəhərlənmə verib. Hazırda Sumqayıt xəstəxanasında müalicə alan əlilin vəziyyəti normaldır”. 


E. Mustafayev həmçinin bildirib ki, əlil M. Məcidovun problemi ilə hələlik heç kim maraqlanmayıb: "Əlilin problemlərinin həlli edilməsi üçün bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinə gedərək məsələ qaldıracağıq”.

Sumqayıt şəhər Polis İdarəsi və Şəhər Prokurorluğundan Qarabağ əlilinin özünü yandırması barədə məlumatlar təkzib edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA