Vəhabilərdən Azərbaycana qarşı inanılmaz təxribat – Video

img

14-02-2014 [23:03]


Azərbaycandan olan və kimliklərini gizlədən vəhabilər şeyx saydıqları Əbu Malik əl-Cuhani adlı birinə zəng vurub, ölkəmiz haqqında müəyyən fitvalar almağa cəhd göstəriblər. 

"Axar.az”ın məlumatına görə, Azərbaycan haqqında o qədər də doğru olmayan məlumatları şeyxlərinə çatdıran vəhabilər ölkəmiz haqda münasibət öyrənir və bunu sosial şəbəkədə geniş təbliğ edirlər. 

Suallardan aydın olur ki, bu insanlar Azərbaycanın dünyəvi dövlət olmasını və ölkənin demokratik prinsiplərlə idarəçiliyini qəbul etmirlər və buna qarşı çıxırlar. Şeyx adlandırdıqları Əbu Malik əl-Cuhani isə Azərbaycan xalqını İslama əməl etməməkdə günahlandırır, xalqımızı "müşrik və münafiq” sayır, "qəbirlərdən kömək istəyən” deyə şirk əhli adlandırır, şiələrin ünvanına xoşagəlməz sözlər deyir.

Şeyxləri ilə danışıqlarını Azərbaycan dilinə çevirərək, sosial şəbəkədə paylaşan vəhabilər isə bundan istifadə ilə Azərbaycanın müsəlman ölkəsi olmadığını isbatlamağa, şiəliyə, Əli tərəfdarlığına, ənənələrə qarşı təbliğata start veriblər. Ölkənin güc strukturlarına meydan oxuyurcasına aparılan bu açıq virtual savaşın aqibətindən narahat olmamaq mümkün deyil. Video-müsahibəni kiçik ixtisarla təqdim edirik.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA