GENERALA 11 İL CƏZA TƏLƏB OLUNDU, VƏKİLLƏR VAXT İSTƏDİ - Məhkəmə prosesi
13-10-2021 [14:19]
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Elçin Əliyevin anası Səmayə Əliyeva və mərhumun dostu, fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyevin ifadəsi elan olunub.
Onlar məhkəmədə dindirilməli olsalar da, prosesə gəlməyiblər.
Daha sonra hadisə vaxtı Ukrayna səfirliyində işləmiş əməkdaşlar və hadisənin baş verdiyi “Sikora” kafesinin işçilərinin ifadələri elan edilib. İşçilər eyni məzmunda ifadə verərək, hadisə günü R.Əkbərovun səfirlikdə və restoranda olduğunu bildiriblər.
Məlum olub ki, hadisə günü E.Əliyev restoranda başqa masada olan R.Əkbərovun şərəfinə “Cənab zabit” mahnısını sifariş edib. Daha sonra onlar görüşəndə E.Əliyev R.Əkbərova deyib ki, “mən səfirliyə gələndə siz samovar qaynadırdız”. R.Əkbərov cavabında “mən sənin üçün çayçı deyiləm” deyib və aralarında mübahisə yaranıb. Daha sonra restoranın qarşısında qətl törədilib.
R.Əkbərovun vəkilləri şahidlərin cinayət işi ilə bağlı əvvəllər fərqli ifadə verdiyini, lakin sonuncu dindirilmədə ifadələrini dəyişərək generalın əleyhinə danışdıqlarını bildiriblər.
Daha sonra Rövşən Əkbərov ifadə verib. O bildirib ki, hadisə günü həmin kafedə olmayıb: “2001-ci il mayında Azərbaycanın Ukraynadakı səfirliyində "Azərbaycan günləri" keçirilirdi. Mən də orada hərbi atteşə kimi iştirak edirdim. Orada tort kəsilib, çay içmişdik. Tədbirdə Elxan Cəbiyev də iştirak edirdi. Onunla görüşdüm. Ona dedim ki, məxfi sənədlər var, onları Müdafiə Nazirliyinə çatdırmaq lazımdır. Ondan xahiş etdim ki, həmin sənədləri aparsın. Mən ümulikdə həmin dövrdə 372 kitab göndərmişəm, həmin kitablarda burada çoxaldılaraq korpuslara paylanılıb".
Rövşən Əkbərovun sözlərinə görə, həmin gün səfirlikdə ailə üzvləri ilə birlikdə olub: "Gecə səfirliyin işçisi olan Səbuhidın anam və qızımı aparmasını istədim. O da apardı, sonra da mən oğlumu da götürərək evə getdim. Səhəri gün Yalçın Qocayev zəng etdi, bizi səfirliyə çağırırlar. Bildirdi ki, Elçinlə Qüdrəti vurublar. Mən də.səfirliyə getdim. Orada eşitdim ki, Azərbaycandan nümayəndə heyəti gəlir, Nazim İbrahimov da onların arasındadır. Bundan sonra mənim dərdimə olduğu üçün akademiyaya getdim".
Rövşən Əkbərov bildirib ki, bundan sonra səfirlikdə ona qəzetləri göstəriblər: "Bakıda qəzetlərdə şəkilini qoyaraq Rövşən Əkbərov in olduğu yerdə qətl törədilməsini yazıblar. Bundan sonra bildirdilər ki, Nazim İbrahimov Elçin Əliyevin ailəsinə zəng edib və deyib ki, onu Rövşən Əliyev öldürüb. Mən də Nazim İbrahimovun harada olduğunu soruşdum. Ondan Bakıya belə bir hadisədə mənim adımı hallandırmasını soruşdum. Nazim İbrahimov bildirdi ki, nə danışırsız, siz iqtidarın adamısız. Mən elə bir söz deməmişəm".
Rövşən Əkbərov bildirib ki, 2002-ci ildə Bakıya gəlib və "Gülüstan" restoranında tədbirdə olub: "Tədbirdə Nazim İbrahimovu gördüm. Orada yanımızda çox adam var idi. Nazim İbrahimova dedim ki, adam kişi olar, üzdə bir söz deyirsiz, arxada başqa söz. Nazim İbrahimov da həmin vaxt mənə dedi ki, o başqa heç nə deməyib. Mən bûrada olduğum vaxt bir nəfər deyən olmadı ki, gəl söhbət edək, görək sənin adın niyə bu işdə.çəkilir".
Generalın sözlərinə görə, sonradan müstəntiqə ifadə verib: "Amma mənəbir söz deyən olmadı. Orada prokuror da, polis rəisi də iştirak edirdi. Sonra deyirlər ki, hərbi formada kafedə olmuşam. Heç kim hərbi formada kafedə oturmaz. Mənə ayıb olardı ki, general formasında kafeyə gedim. Məzahir Şıxəliyev əgər mənimlə mübahisə edibsə, məni tanımalı idi. Daha niyə şəkil istəyirdi ki, məni tanısın. Elçin Əliyevi cəmi 2-4 dəfə görmüşəm. Elçin Əliyevlə heç bir masa arasında əyləşməmişəç. Onunla nə çörək yemişəm, nədə ki münasibətim olub. Bu işin mənə aidiyyatı yoxdur. Müstəntiq deyir ki, cinayət işi açılıb. Öz əlaqələrin vasitəsilə soruşdum ki, nə səbəbə cinayət işi açılıb. Bildirildi ki, müstəntiq restorana çağırılıb, orada baş prokuror, hərbi prokuror, bir də sizin nazir olub. Deyiblər ki, cinayət işi açılmalıdır".
Rövşən Əkbərov daha sonra qeyd edib ki, bu qətlin ona aidiyyatı yoxdur: " Onların kiminləsə problemi var, bunu araşdırsınlar. Kişi kimi deyirəm ki, bu qətllə.əlaqəm yoxdur. Nəyə desən and içə bilərəm".
Prokurorun suallarını cavablandıran Rövşən Əkbərov deyib ki, 1991-ci ildə Milli Orduya qəbul olub və birinci Qarabağ müharibəsində iştirak edib: "Mənə göstərdiyim xidmətinə görə milli qəhraman adı almışam, vətən uğrunda medalları ilə təltif olunmuşam".
O qeyd edib ki, Elçin Əliyev ilə heç vaxt kafedə olmayıb, həmin kafedə heç vaxt gecə olmayıb. Deyib ki, Məzahir Şəxəliyevi heç vaxt görməyib, tanımayıb.
Rövşən Əkbərov daha sonra zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqovun suallarını cavablandırmaqdan imtina edib.
Daha sonra işdə olan sənədlər tədqiq olunub və məhkəmə istintaqı tamamlanıb, çıxış etmək üçün söz prokurora verilib. O, cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və maddələri ilə təqsirli bilinməsini istəyib. Prokuror 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Elçin Əliyevin vəkili isə cəza tələbinin az olduğunu, R.Əkbərova 15 il azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edib.
R.Əkbərovun vəkilləri çıxış üçün vaxt istəyiblər.
Proses oktyabrın 22-də davam etdiriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi