14-02-2014 [17:47]
MTRŞ daha sonra telekanalın bağlanma səbəbini də açıqlayıb:
"AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının 11 dekabr 2013-cü il tarixdə regional (Zaqatala) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti bitib. "AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyası "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə sənədləri Şuraya təqdim etməmiş, Şura iclasına 1 gün qalmış xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün zəruri olan sənədləri natamam şəkildə təqdim etmişdir. 11 dekabr 2013-cü il tarixdə Şura tərəfindən "AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması məsələsinə baxılıb.
Xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında və tam təqdim olunmamasına görə Şuranın qərarına əsasən televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə "AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması təxirə salınıb. Aygün televiziyasının fəaliyyətinin araşdırılması məqsədilə Şura tərəfindən Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi, Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi, və Maliyyə və texniki nəzarət şöbəsi əməkdaşlarından ibarət tərkibdə yaradılmış komissiya 24-26 dekabr 2013-cü il tarixində Zaqatalada olmuş və televiziyanın fəaliyyəti ilə yerində tanış olmuş və araşdırma aparıblar. Aparılmış araşdırmalar zamanı televizyanın fəaliyyətində çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edilib.
Belə ki, Televiziya və radio yayımı haqqında qanunun müvafiq maddəsinin tələblərinə əsasən teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, efirə çıxmış proqramların (verilişlərin) tarixi, vaxtı, mövzusu, müəllifi, aparıcısı və iştirakçılarının göstərilməli olduğu qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılmalı olduğu halda, "AYGÜN” televiziyasında teleradio proqramlarının materialları saxlanılmamış, qeydiyyat jurnalı isə ümumiyyətlə mövcud olmamışdır. Yayımçı efirdə emblemsiz olaraq yayımlanıb. Televiziyanın sənədləşdirmə işlərinin aparılmasında çoxsaylı qüsurlar mövcud olmuşdur. Televiziyanın yayım avadanlıqları teleradio yayımçıları üçün tətbiq olunan texniki istismar qaydalarına və Azərbaycan Respublikasının və beynəlxalq texniki standartlara uyğun gəlməmişdir. Belə ki, ötürücü qurğunun yerləşdiyi yer texniki norma və tələblərə cavab verməmiş və texniki personal və ətrafda yaşayan sakinlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.
27 dekabr 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclasında "AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının fəaliyyətinin araşdırılması məqsədilə yaradılmış komissiyanın arayışı nəzərə alınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi