Milli Məclisdə inqilab təhlükəsi səsləndi, spikerdən ABŞ-a ittiham

img

14-02-2014 [12:32]



Milli Məclisin bu gün keçirilən uiclasında Azərbaycanda inqilaba çağrışlara hazırlıqla bağlı təhlükənin olması qaldırılıb. 

Avropa.info-nun məlumatına görə, çıxış edən deputat Zahid Oruc bildirib ki, son günlər açıqlanan siyahı və cəsusun ifşa olunması buna siqnaldır.

Z. Oruc son günlər mətbuatda açıqlanan siyahı ilə əlaqədar casus qalmaqalına toxunub: "Kimlərsə buradan hansısa ölkəyə əməlli-başlı casusluq edir. Buna mətbuatın kompramant savaşı kimi yanaşmaq lazım deyil, bu məsələ hüquq müjhafizə orqanlarının da diqqətini cəlb etməlidir və edəcək. Bununla xarici ölkələrdən Azərbaycanın daxili işlərinə qarışmaq, təzyiqlər göstərmək üçün əsaslar hazırlayırlar. Xarici kapitallarla Azərbaycanda inqilab, iğtişaşlar yaratmağa hazırlaşırlar. Amma bu heç vaxt baş tutmayacaq”.

Spiker Oqtay Əsədov isə deyib ki, bu cür Azərbaycanda inqilaba çağırışlar çox olur: "Bunu gündəlik bəzi mətbuat orqanlarında da görmək olur. Çağırış edənləri də, onlara cavab verənləri də müşahidə etmıək çətin deyil. Bir vaxtlar ABŞ-ın Azərbaycanda bir qadın əməkdaşı vardı, ləqəbi "Miledi” idi. Onun bütün fəaliyyəti Azərbaycan hakimiyyətinə qarşı çağırış etmək idi. İndi qarşıdan Azərbaycanda olimpiyada oyunları gəlir və bu cür çağırışlar, təzyiqlər çox olacaq. Ona görə də biz həssas və diqqətli olmalıyıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA