Slovakiyanın Baş naziri: "Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıyıq"
08-10-2021 [09:49]
Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfəri çərçivəsində ölkənin Baş naziri Eduard Heger ilə görüşüb.
Mia.az-ın xəbərinə görə, Slovakiyanın Baş naziri Milli Məclisin sədrini salamlayaraq, Azərbaycanın Slovakiya üçün dost ölkə olduğunu vurğulayıb.
O, ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
E.Heger iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini xüsusilə qeyd edib. O, COVİD-19 pandemiyasına qarşı mübarizə istiqamətində Slovakiyada görülən işlər və pandemiya ilə bağlı cari vəziyyət barədə Milli Məclisin sədrinə məlumat verib, Azərbaycanda bu sahədə atılan addımlarla maraqlanıb.
Sahibə Qafarova nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Spiker bu səfərin Azərbaycan Respublikası Milli Məclisinin sədri səviyyəsində Slovakiyaya ilk səfər olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcək.
Parlamentlərarası əlaqələrin hazırki səviyyəsi haqqında da danışan Milli Məclisin sədri qeyd edib ki, qanunverici orqanlar arasında əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili Azərbaycanla Slovakiya arasında münasibətlərin inkişafına xidmət edir. İki ölkənin parlamentləri bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər.
Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə haqqında Baş nazirə geniş məlumat verən spiker Sahibə Qafarova qeyd edib ki, bu zəfər nəticəsində Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa edib. Bununla ölkəmiz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü hesabına həyata keçirib. Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirdiyini vurğulayan Sahibə Qafarova deyib ki, ölkəmiz Ermənistanın 30 illik işğalı dövründə erməni vandalları tərəfindən tamamilə dağıdılan, məhv edilən şəhər və rayonları, yaşayış məntəqələrini, infrastrukturu, mədəni, tarixi və dini abidələri bərpa edir, yenidən qurur.
Milli Məclisin sədri həmçinin, Ermənistanın bölgədə daimi sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olan təxribatları barədə də məlumat verib. O, Ermənistanın silahlı cinayətkar terrorçu qrupları işğaldan azad olunan ərazilərə göndərməsi, 10 noyabr bəyanatından sonra saxlanılan terrorçuları hərbi əsirlər kimi təqdim etməyə çalışması, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında faktları diqqətə çatdırıb. Spiker xüsusilə vurğulayıb ki, bu günədək Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 150 nəfər mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb. Bu isə bir daha onu göstərir ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozmağa davam edir.
Söhbətdə spiker S.Qafarova Azərbaycanda COVİD-19 pandemiyasına qarşı mübarizədə görülən işlər, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə reallaşan beynəlxalq tədbirlər barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Baş nazir Eduard Hegerə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi