Zakir Həsənov yenə xaricə gedir

img

14-02-2014 [12:17]



Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasına səfər edəcək.

Bu barədə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib. Məlumata görə, səfər onun həmkarı Neboyşa Rodiçin dəvətilə 17-18 fevral l tarixlərində reallaşacaq. 

Səfər çərçivəsində Serbiya Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi nəzərdə tutulub.

Həmçinin "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA