İcra başçılarından şikayətlərin sayı artıb - Prezident Administrasiyası

img

14-02-2014 [11:34]



Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov yeni məqaləsinin ikinci hissəsini yayıb. O qeyd edir ki, 2013-cü ildə şikayətlərin ümumi sayı 2012-ci ilə nisbətən azalıb: "Buna misal olaraq Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Şirvan, Ağcabədi, Ağdam, Babək, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, Xətai, Xəzər, Kəlbəcər, Qazax, Qəbələ, Quba, Qubadlı, Laçın, Masallı, Nizami (Bakı), Oğuz, Ordubad, Sabirabad, Sabunçu, Siyəzən, Suraxanı, Şəmkir, Şuşa, Tovuz, Yardımlı, Yasamal, digər şəhər və rayonları qeyd etmək olar.

Lakin şikayətlərin sayı bəzi şəhər və rayonlarda 2012-ci ilə nisbətən çox olub. Bunlardan Bakı, Yevlax, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Xocavənd, Qax, Qobustan, Samux, Şamaxı, Zaqatala, Zəngilan, digər şəhər və rayonları göstərmək olar.

Əhalinin hər 1000 nəfərinə düşən şikayətlərin sayı Bakı şəhəri və onun bəzi rayonlarında, Yevlax, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kürdəmir, Laçın, Lerik, Zəngilan, digər şəhər və rayonlarda başqalarına nisbətən bir qədər çoxdur.

Şikayətlərin faizinin bütövlükdə azalması müsbət hal olsa da, onların tamamilə aradan qaldırılması hələ mümkün olmayıb. Şikayətlərin bir çoxu hüquq mühafizə orqanlarının fəaliyyəti, əməkhaqqı, sığorta, kreditlərin verilməsi və digər məsələlərlə bağlıdır” (Mediaforum.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA