Ermənilər cəbhədə yenidən fəallaşıblar

img

14-02-2014 [09:57]


Cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 32 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA