13-02-2014 [16:22]
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 2 oğlu var və onların heç biri məmur postu tutmur. Onlar kapitalları hesabına ictimaiyyət arasında biznesmen, iş adamı kimi tanınırlar. Kəmaləddin Heydərovun oğlanlarının hər ikisi nüfuzlu London Iqtisadiyyat Məktəbində təhsil alıblar.
"Fövqəlnazir”in böyük oğlu olan Tale Heydərovdiaspor fəaliyyəti göstərən "Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, "Qəbələ” Futbol Klubunun prezidentidir. Tale Heydərov bir neçə dəfə gurultulu proyektlərilə medianın diqqətini cəlb edib. Ümumiyyətlə, Azərbaycan mətbuatı onun personasına daim maraq göstərir. Tale Heydərov hazırda Avropada-Ingiltərədə yaşayır. O, "Avropa-Azərbaycan Cəmiyyəti”ni və "Qəbələ” Futbol Klubunu da elə oradan idarə edir. Tale Heydərov həm də "United Enterprises International” şirkətlər qrupunun Idarə Heyətinin sədridir.
Tale Heydərov uğurlu diaspor fəaliyyətinə görə hətta ölkə başçısı tərəfindən "Tərəqqi” medalı ilə də təltif olunub.
Fövqəlnazirin kiçik oğlu Nicat Heydərov həmin "United Enterprises International” şirkətlər qrupunun sədr müavinidir.
Tale və Nicat Heydərovlar bu holdinqin sahibliyini bölüşən əsas şəxslər sayılırlar. Holdinqin Azərbaycanda, Ingiltərədə və Almaniyada ofisləri var. Heydərov qardaşlarının rəhərlik etdiyi holdinqin tərkibində Azərbaycanla birbaşa bağlılığı olan müxtəlif şirkətlər də var.
Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Elşən Camalov Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır.
Azərbaycanda daha bir nüfuzlu nazirliyi idarə edən məmurun - nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da iş adamı və diaspor təşkilatının rəhbəri kimi tanınır. Anar məmmədov Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlər qrupundan sayılan "ZQAN Holding”in Müşahidə Şurasının sədridir. Bu holdinqə tikinti, inşaat, nəqliyyat və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər daxildir.
Nazir oğlu həm də "Azərbaycan - Amerika Alyansı”nın təsisçisi və sədridir. Bu təşkilat Amerikada diaspor fəaliyyətilə məşğuldur.
Bundan başqa, Anar Məmmədov 2011-ci ilin dekabrında təsis olunan Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. "Azərbaycan Qolf Federasiyası” Ictimai Birliyinin məqsədi qolf idman növünün Azərbaycanda inkişafına və təbliğinə kömək etməkdir.
Ziya Məmmədovun qızı Nigar Məmmədova Konservatoriyanı bitirib, mədəniyyət sahəsində çaılışır. Əldə etdiyimiz məlumata görə, musiqiçi olan Nigar Məmmədova atası haqqında bir mahnı da bəstələyib.
Daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. Nazirin oğlu Raul UsubovMütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində Istintaq Idarəsinin rəisidir.
Gənclər və idman naziri Azad Rəhimovun bir övladı var. Modern.az-a məlum olub ki, nazirin oğlu Arif Rəhimov tələbədir, Iqtisad Universitetində təhsil alır.
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu da kifayət qədər yüksək vəzifədə çalışır. Belə ki, Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev artıq bir neçə yüksək post dəyişib. Teymur Mehdiyev 2003-cü ildə Gənclər və Idman Nazirliyində turizm idarəsinin rəisi təyin olunub. Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra isə T.Mehdiyev turizm üzrə nazir müavini vəzifəsinə irəli çəkildi.
2011-ci ildə Teymur Mehdiyev Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. Elə həmin ilin iyulunda Teymur Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Səhiyyə naziri Oqtay Şirəliyevin övladlarından biri bizimlə həmkardır. Nazirin üç övladından biri - Nərgiz Şirəliyeva Rusiya telekanallarının birində jurnalist kimi fəaliyyət göstərir.
Nazirin bir oğlu Tibb Universitetində tələbədir. Oqtay Şirəliyevin böyük oğlu Murad Şirəliyev isə bank sektorunda çalışır.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bır qızı və bir oğluvar. Əli müəllimin oğlu Şamxal Həsənli "Kaspi Global” istehsalçı şirkətinin rəhbəridir. Bu yaxınlarda mətbuata məlumat verən Şamxal Həsənli bildirib ki, "Kaspi Global” istehsalçı şirkəti Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətin iştirakı ilə teleserial çəkir.
Baş nazirin müavini, "Dövlətqaçqınkom”un sədri Əli Həsənovun oğlu Emin Həsənov polis sistemində çalışır, zabit kimi məsul vəzifə tutur.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakim, digəri isə Xarici Işlər Nazirliyində çalışır.
Keçmiş müdafiə naziri Səfər Əbiyevin 2 övladı var. Onlardan biri Roman Əbiyev Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsində çalışır. Bundan əvvəl isə Roman Əbiyev Xəzər rayon Prokurorluğunda müfəttiş kimi çalışıb.
Yeri gəlmişkən, Xəzər rayon prokuroru Fəxri Ələsgərov Milli Məclisin sabiq spikeri, mərhumMurtuz Ələsgərovun oğludur. Onun qardaşı Fuad Ələsgərov isə Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiridir.
Keçmi təhsil naziri Misir Mərdanovun üç övladından biri Rizvan Mərdanov polis zabitidir. O, DIN-in Narkotiklə Mübarizə Idarəsində işləyir. Nazirin iki qızından biri Samirə Mərdanova filologiya elmləri namizədidir, Bakı Dövlət Universitetində Azərbaycan dili və metodika kafedrasında dosent vəzifəsinində çalşır. Nazirin digər qızı Gül Mərdanova haqqında isə heç bir məlumat əldə edə bilmədik.
Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun oğlu zəngin adamlar sırasına daxil edilir.Məlumatlara görə, üzdə görünməyi çox sevməyən Ilqar Bəşirov atası kimi gəmiçilik sahəsində çaılışır. I.Bəşirova məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir.
ARDI VAR...
Mənbə- politika.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi