Mübariz Mənsimov doğma qardaşını da aldadıbmış: Erməni və mafiya ilə əlaqəsi var - VİDEO
30-09-2021 [14:56]
Adı FETÖ ilə yanaşı çəkilən Mübariz Mənsimovun öz doğma qardaşı Maarif Mənsimova qarşı dələduzluq etməsi barədə Türkiyə mətbuatında dərc olunmuş xəbərlər Azərbaycan ictimaiyyətində hələ də müzakirə olunur. Əsas səbəb M.Mənsimov indiyə qədər özünü həmişə “xeyirxah”, “nümunəvi ictimai xadim” obrazda təqdim etməsidir.
Türkiyə mətbuatının yaydığı məlumatlardan isə ictimaiyyət aldanıldığını gördü. Çünki adam az qala hər salam verdiyi adama qarşı dələduzluq edibmiş!
Həmin təfərrüatlı xəbərlərdə bildirilir ki, FETÖ-yə (Fətullahçı terror təşkilatı) yardım etdiyi üçün beş il müddətinə cəzaya məhkum edilmiş Mübariz Mənsimov barəsində bu dəfə qardaşı Maarif Mənsimov şikayət edib. O, qardaşının dələduzluq etməsindən şikayətlənib.
Prokurorluğa təqdim olunmuş şikayət ərizəsində Maarif Mənsimov 2018-ci ilə qədər qardaşına məxsus “Palmali” Şirkətlər Qrupunda baş menecer olduğunu, yalnız gəmiçilik və nəqliyyat fəaliyyətini idarə etdiyini bildirib. Hətta Maarif Mənsimov ərizəsində qardaşının çirkli əməllərinə və şəriklərini aldatmasına etiraz olaraq, şirkətdəki bütün vəzifələrindən imtina etdiyini bəyan edib.
Maarif Mənsimov ərizəsində qardaşının bir gəmini üç nəfərə satdığını, çirkli pulları yuyanlar və mafiya ilə yaxın əlaqələr qurduğunu, erməni əsilli mafiya başçısı Levon Termedzyan və Sezgin Baran Korkmaz kimi çirkli pulları yuyanlar ilə yaxın ticarət əlaqələri qurduğunu etiraf edib.
Mübariz Mənsimovun “Sberbank”, “Lukoil” kimi yerli və xarici qurumlara ziyan vura biləcək saxtakarlıqlar etdiyi qeyd olunan ərizədə “Etdikləri hüquqazidd hərəkətləri ilə dövlətə və cəmiyyətə zərər verən bu insanların haqq etdiyi cəzanı alması üçün bu şikayəti etməyi vacib saydım” - deyə o, prokurorluğa yazdığı ərizəsində bildirib.
Qardaşı Mübariz Mənsimovun şirkətinin rəhbəri olan Nuray N.P. ilə birlikdə işlədikləri hər kəsi saxta vədlərlə aldatdığını bildirən Maarif Mənsimov 17 il əvvəl qardaşından satın aldığı Beşiktaşın Ulus məhəlləsindəki villasının sənədlərini hələ də ala bilmədiyini də bildirib.
Şikayət ərizəsində Mübariz Mənsimovun bu villanı borcları qarşılığında banka girov qoyduğu və barəsində evdən çıxarılma ilə bağlı qərar verildiyi də vurğulanıb.
Beləliklə, Mübariz Mənsimov Türkiyədə iş gördüyü, tərəfdaş münasibətdə olduğu, şəriklik etdiyi, işə götürdüyü hər kəsə qarşı fırıldaqçılıq edib, aldadıb. Ən sonda isə qardaşına qarşı da etdiyi bu hərəkət Türkiyə mediasında geniş işıqlandırılıb. Bununla da M.Mənsimovun qaranlıq keçmişinə bir daha işıq salınıb. Lap Ramiz Rövşənin “Dünya qəfil işıqlansa” şeirində olduğu kimi. Sən demə adam xeyirxah yox, dələduz imiş!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi