Taksi sürücüsü DİN-in qarşısında özünü yandırıb

img

13-02-2014 [15:53]


Naxçıvan şəhər sakini, 41 yaşlı Hüseyn Məmmədovun muxtar respublika Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırdığı deyilir.

Bu haqda "Azadlıq" radiosuna yerli sakinlər məlumat verib.

Hüseyn Məmmədovun qardaşı Ramiq Məmmədov da deyilənləri təsdiq edir. Bununla belə o, hadisənin baş vermə səbəbinin ona məlum olmadığını deyir.

Ramiq Məmmədov bildirir ki, qardaşı DİN-in qarşısında özünü yandırdıqdan sonra xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta ağır dəyərləndirilir. Onun dediyinə görə, Hüseyn Məmmədov hazırda Naxçıvan dəri-zöhrəvi xəstəxanasında müalicə olunur.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən şahidlərdən birinin bildirdiyinə görə, Hüseyn Məmmədov DİN-də mübahisə etdikdən sonra özünü yandırıb:

«Hüseyn neçə vaxtdır iş tapa bilmirdi. Məcbur olub şəxsi avtomobilindən taksi kimi istifadə etmək istəyirdi, buna da polislər imkan vermirdi. Deyirdilər ki, get «Lifan» al, DYP-də göy nömrə al sonra. Onun da pulu yox idi. Bir neçə dəfə nazirin qəbulunda olmuşdu. Fevralın 11-də bir də getdi nazirliyə. Çıxdı, üzərinə benzin tökdü, özünü yandırdı».

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən isə Hüseyn Məmmədovun özünü yandırması və onlara yönəlik iddiaları rədd ediblər.

Nazirliyin Məmmədov soyadlı əməkdaşı deyib:«Burada belə bir hadisə baş verməyib».

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA