Bakıda güclü partlayış zamanı dağılan maşınlar - FOTOLAR

img

13-02-2014 [13:38]



Bakıda baş verən güclü partlayış zamanı sərnişin avtobusu ziyan çəkib. 

ANS PRESS-in məlumatına görə, "Azadlıq prospekti” metrosu yaxınlığındakı kafenin partlaması zamanı yaxınlıqda olan 13 saylı sərnişin avtobusunun bir tərəfi dağılıb. Avtobusun şüşələri sınıb. Qəza zamanı "DAEWOO” markalı, 90 XX 148 dövlət nömrə nişanlı avtobus zərər çəkib.

Qeyd edək ki, partlayış nəticəsində 13 saylı sərnişin avtobusunun bir yanı tamam dağılıb. Digər 148 saylı avtobusa da zərər dəyib. Partlayışdan sonra kafedə yanğın baş verdiyi də bildirilir. Hadisə yerinə çağrılan yanğınsöndürənlər alovun qarşısını ala bilib.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA