Bakalavrların nəzərinə!

img

13-02-2014 [13:32]


Magistraturaya və rezidenturaya ərizə vermək istəyən şəxslərin nəzərinə. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya ərizə vermək istəyən şəxslər virtual ödəmə kartı əldə etməlidirlər. Bunun üçün onlar bütün mobil operatorlardan (Azercell, Bakcell və Nar Mobile) 7725 nömrəsinə boş SMS göndərirlər.

Virtual ödəmə kartını, həmçinin internet ödəmə vasitəsi ilə də əldə etmək mümkündür.
Həmin ödəmə kartından istifadə etməklə onlar internetlə Elektron ərizə formasını doldura bilərlər.

Qeyd edək ki, sənəd qəbulu fevral ayının 25-dək davam edəcək. Magistratura pilləsi üzrə imtahanın ilk mərhələsi mart ayının 2-də baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA