İlham Əliyevə 30 qoyun qurban kəsdi, indi kömək istəyir - VİDEO

img

13-02-2014 [12:16]


Prezident İlham Əliyevin üçüncü dəfə ölkə başçısı seçilməsi münasibətilə maraqlı bir jest edən Azərbaycan vətəndaşı Bağırov Elbəyi Qadir oğlu hazırda açınacaqlı duruma düşüb. Bir sıra obyektiv səbəblərə görə, çıxılmaz durumla üzləşən Elbəyi Prezidentdən kömək istəyir.

Mia.az-a açıqlamasında bildirib ki, onun İlham Əliyevə olan sevgisi tükənməzdir: "Mən bu əməli öz istəyimlə etmişəm və heç bir marağım olmayıb. Gözləmədiyim halda bu vəziyyətə düşdüm. Himayəmdə olan bir azyaşlı övladım cox ağır xəstədir. Onun müalicəsinə gücüm çatmır. Mən səmimi qəlbdən sevdiyim İlham Əliyevdən çox şey istəmirəm. Ailəmi normal dolandıra biləcəyim bir işlə təmin olunsam bütün problemlərin öhdəsindən gələ bilərəm"

Bağırov Elbəyi Qadir oğlu 1974 cü ildə Naxçıvan MR-in Sədərək rayonunda doğulub. Hazırda Bakı şəhəri Lokbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsi 2-a saylı 32-ci mənzilində yaşayır.

Onun Preziden seçkilərindən sonra könüllü olaraq hansı addımı atdığı təqdim olunan videoda göstərilir:




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA