Oqtay Əsədovun qudasının obyektində güclü partlayış, yaralılar var - FOTOLAR

img

13-02-2014 [10:58]


Bu gün Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasının yaxınlığında partlayış hadisəsi baş verib.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış "Şahənşah restoranının qarşısındakı yeni tikilidə olub.

Həmin ərazidə yaşayan sakinlərin məlumatına görə, ətrafda olan 9 mərtəbəli binaların hamısında partlayışın gücü hiss olunub.
Güman olunur ki, partlayış qaz sızıntısı nəticəsində baş verib.

Hazırda hadisə yerində FHN-in yanğınsöndürənləri işləyir.

***
Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətlisi "Axar.az"ın əməkdaşına bildirib ki, partlayan bu böyük obyekt Binəqədi rayonunun keçmiş icra başçısı Alı Qocayevə məxsus tikilidir. Obyektin hansı məqsədlə ucaldıldığı bəlli deyil. Bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı ilə obyektin tikintisinin tamamlanması dayandırılıb. Əməkdaşımız qeyd edir ki, "Şahənşah" Şadlıq Sarayına güclü ziyan dəyib: havaya sıçrayan mişar daşlarının qırıntıları sarayın pəncərələrini qırıb. Yaxınlıqdakı bunaların pəncərələrinin də qırıldığı bildirilir.

Qeyd edək ki, tikili partlayışın təsirindən büsbütün çöküb.

Onu da xatırladaq ki, Alı Qocayev spiker Oqtay Əsədovla qudadır.
***

10:52 "Metronun fəaliyyəti normaldır”. Bunu "Axar.az”a açıqlamasında Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib. O, baş verən partlayışın metroya aid olmadığını deyib: "Bu, "Azadlıq prospekti” metro-stansiyası yaxınlığında olub. Metroya heç bir aidiyyəti yoxdur. Metroya təsiri də müşahidə olunmayıb. Partlayışdan sonra insanlar elə biliblər ki, zəlzələdir. Amma sonradan səbəb aydınlaşıb. Hazırda metro öz normal iş rejimini davam etdirir”. Partlayışın təsiri əsasən Süleyman Sani Axundov küçəsindəki 1b və 3b binalarına hiss olunur. Həmin binalara ciddi ziyan dəyib.

*** 10:59 Partlayış baş verən ərazinin yaxınlığında yerləşən "İstanbul" klinikasına hadisə nəticəsində xəsarət almış 4 nəfər orta yaşlı şəxs gətirilib. Onlardan birinə kəllə-beyin travması diaqnozu qoyulub. Xəsarət alanların kimlikləri müəyyənləşdirilir.  

***

11:04 "İstanbul" xəstəxanasından "Axar.az"a verilən məlumata görə, xəsarət alanlarlardan 2-nin şəxsiyyəti məlumdur. Bunlar 1961-ci il təvəllüdlü İbadova Afiyət və Ağayeva Səadətdir. Səadət Ağayevanın partlayış baş verən an yaxınlıqdan keçən marşrut avtobusunda olduğu bildirilir. Partlayışın təsirindən sıçrayan daş avtobusun şüşəsini qıraraq ona dəyib. Hal-hazırda rentgen müayinəsindən keçirilir. İbadova Afiyət isə üzünün sol nahiyəsindən II dərəcəli yanıq xəsarəti və sol alın nahiyəsinin travması ilə Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA