"ƏGƏR MƏNİ ASMAQ İSTƏYİRSİNİZSƏ..." - Eldar Həsənov prokurorun suallarını cavablandırıb, özünü günahsız sayıb (YENİLƏNİB)
24-09-2021 [19:24]
Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına məhdud sayda media nümayəndələri buraxılıb.
Məhkəmədə ifadə verməyə davam edən Eldar Həsənov bildirib ki, səfirliyin xərclər smetasını mənimsəməklə bağlı iddia əsassız və absurddur: "Səfirlik smeta xərcləri ilə bağlı əvvəlcə proqnoz hazırlayır və Xarici İşlər Nazirliyinə təqdim edir. Xarici İşlər Nazirliyi proqnozları araşdırır, əsaslandırır və büdcəni hazırlayır. Bu xərclərə səfirliyin əmək haqları ilə yanaşı işıq, qaz, su pulu, yanacaq xərcləri də daxildir. Xarici İşlər Nazirliyi sənədləri hazırlayıb Maliyyə Nazirliyinə göndərir, bundan sonra səfirliyə illik büdcə ayrılır. Bu proses dövlət büdcəsi kimi həyata keçirilmir. 20 il ərzində bir dəfə də olsun nə Xarici İşlər Nazirliyi, nə də Maliyyə Nazirliyi büdcə proqnozları ilə bağlı mənə irad tutmayıb".
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi göstərir ki, 2015-2018-ci illərdəki xərclər smetası obyektiv əsaslandırılıb: "Ştatdankənar işçilərin əmək haqlarının mənimsənilməsinə gəlincə isə təlimata görə səfirliyin sürücüsü, bağbanı, xadiməsi və katibə yerli əhalidən olmalıdır. Bunlar işə götürülməzdən əvvəl şəxsiyyətləri araşdırılmalıdır. Mən həmin şəxsləri işə götürməkdən əvvəl sənədlərini Xarici İşlər Nazirliyinə göndərmişəm, orada onların kimliyini araşdırıb, təsdiq edib bizə göndəriblər. Sonra biz orta aylıq əmək haqqına uyğun olaraq onlara maaş cədvəli müəyyən edib, nazirliyə göndərmişik. Müqaviləni isə onlarla mən yox, nazirlik imzalayıb. Belə bir halda necə nöqsan ola bilər?".
Eldar Həsənov daha sonra səfir olduğu zaman gördüyü işlərdən danışıb:
"Yeganə səfirlik olmuşuq ki, Xarici İşlər Nazirliyi səfirlik əməkdaşları arasında ixtisar aparmağı təklif edəndə mən 3 ölkənin ikisində yalnız sürücünü və bağbanı ixtisar etmişəm. Mən yeganə səfir olmuşam ki, icarə haqqı 8200 avro olan villadan imtina edib, yarı qiymətə binanın ikinci mərtəbəsində mənzildə qalmışam. Bunları nəzərə almadan mənə ittiham verirlər. Əlavə xərclərdən imtina etmişəm. Mənim xarici ölkədə dayım var, yoxsa əmim var? Pulum qurtaranda kimdən borc almağa imkanım olub? Mən bütün bu çətinliklərlə xərclərə maksimum qənaət etmişəm ki, dövlət büdcəsi ziyan çəkməsin".
Sabiq səfir qeyd edib ki, cinayət işinin materiallarında səfir kimi işlədiyi dövrlərdə büdcəyə nə qədər vəsait qaytardığı göstərilib:
"Mən işlədiyim dövrlərdə 198 min 153 avro vəsaiti xərclər smetasından qənaət edib dövlət büdcəsinə qaytarmışam. Bu, 2015-ci ildə 40 min avro, 2016-cı ildə 12 min 145 avro, 2017-ci ildə 32 min 144 avro, 2018-ci ildə 13 min 140 avro, 2019-cu ildə isə 4957 avrodur. Əgər Avropada hansısa ölkənin birinin səfirliyi mənim qaytardığım vəsaitin yarısını büdcəsinə qaytarıbsa, gətirin göstərin. Əgər belə bir fakt aşkarlansa, mən adımı dəyişərəm.
Harada olmuşamsa büdcəni qorumuşam, çünki vicdanıma güvənmişəm. Budur mənə sağ olunuz? Sağ olun əvəzinə mənə ittiham irəli sürürsünüz? İstəmirəm sağ olunuzu, mənə ittiham verib odlandırmayın da.
Əgər məni tutmaq, öldürmək, asmaq istəyirsinizsə, boş və absurd ittihamlar səsləndirməyin. Yığın adamlarınızı, jurnalistləri, televiziyaları deyin ki, Eldar Həsənovu öldürmək istəyirik. Asın məni qurtarsın getsin. Mənə Cinayət Məcəlləsinin 308.2-ci maddəsilə ittiham verilib ki, qulluq mənafeyindən sui-istifadə etmişəm. Mən isə əksinə, dövlət mənafeyini qorumuşam. Heç bir epizoda mənimsəmə faktı təsdiq edilməyib. Mənim istintaqım kobud qanun pozuntusu ilə aparılıb. İstintaq 5 ölkədən onlarla şahid dindirib, bir nəfər deməyib ki, mən Eldar Həsənovla hansısa bir işbirliyi qurmuşam. Bir nəfər desin ki, Eldar Həsənov mənə dedi ki, bunu elə. Yoxdur axı.
Birinci gündən telefonlarımı Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etmişəm, yoxlasınlar. Bütün şəcərəmi araşdırıblar, 19 yaşlı nəvəmin bank hesabından tutmuş hamısını. Bir dənə fakt tapsınlar ki, ora bir manat pul köçürmüşəm. Öz hesabımı araşdırıblar, rəsmi maaşım və yazdığım kitabların pulundan başqa bir manat əlavə vəsait aşkarlanmayıb. Fəaliyyətim dövründə 20 illik arxiv sənədlərini araşdırıblar, bir dənə fakt tapmayıblar. Bir nəfər desin ki, Eldar Həsənov 20 ildə bir dəfə Xarici İşlər Nazirliyindən 1 manat əlavə xərc istəyib. Hamısını maaşımdan etmişəm".
***
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini epizodlar üzrə davam etdirilib.
E.Həsənov özünü təqsirli bilmədiyini deyib və prokurorun epizodlar üzrə suallarını cavablandırıb.
Sual-cavabdan sonra məhkəmə təqsirləndirilən şəxsin vəkillərinə söz verib. Müdafiəçilər indiki mərhələdə təqsirləndirilən şəxsə suallarının olmadığını söyləyib.
Hakim bildirib ki, proses şahid ifadələri ilə davam etdiriləcək.
Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib/Report.
***
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini epizodlar üzrə davam etdirir.
Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
MİA.AZ
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR