Ziya Məmmədovun bacısı oğlundan kimsənin eşitmədiyi tükürpədici olay

img

12-02-2014 [21:47]


Üç il bundan öncə heç kimin gözləmədiyi halda Nəqliyyat Naziri Ziya Məmmədovun və dünən oğlunun bahalı avtomobil kolleksiyasının fotogörüntüləri yayılan deputat Elton Məmmədovun bacısı oğlu, Zərdab rayon polis şöbəsinin rəisi polis polkovniki Şahı Səfərəliyev tutduğu vəzifəsindən azad olundu. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, yoxlamalar nəticəsində polis rəisinin işində tutduğu nöqsanlara görə azad olunduğu məlum olmuşdu.

Avropa.infoMəmmədovların yaxın qohumunun vəzifəsindən hansı səbəblərdən qovulduğu haqda tükürpədici şok məlumat əldə edib. Belə ki, polis rəisi işlədiyi dövürdə xüsusi pulgirliyi ilə ad çıxaran Şahı Səfərəliyev elə pulun güdazına gedib. Əldə etdiyimiz məlumata görə, 2010-cu ilin aprel ayının əvvəllərində Zərdab rayon Nəzəralı kəndindən olan, Rusiyada çalışan iki əmioğlu (adları bizə məlum olsa da,başlarına gətirələn hadisəyə görə adlarını açıqlamırıq) dincəlmək üçün doğma kəndlərinə gəlirlər. Əmioğluların babat pulla gəldiyini öyrənən polis rəisi onların bütün varidatlarını ələ keçirmək üçün "işə" başlayır. Şahı Səfərəliyev gəncləri şantaj edərək pul qopartmaq üçün "qadın variantından" istifadə edir. Belə ki, əmioğluların istirahət məqsədi ilə kəndin yaxınlığından keçən Kür çayına hər gün balıq ovuna gəldiyini eşidən polis rəisi ora cəlbedici paltarda,zahirən gözəl olan cavan bir qadın göndərir. Kənddən xeyli uzaqda, Kür çayının kənarında belə bir qadını görən əmioğlular bundan təccüblənirlər. Jurnalist olduğunu və Bakıdan rayona yazı hazırlamaq üçün gəldiyini deyən qadın, bu səbəbdən də Kür çayının Nəzəralı kəndindən keçən hissəsindən fotolar çəkmək üçün təşrif buyurduğunu deyir. Əmioğlular Rusiyada yaşadıqlarını və pul sarıdan problem yaşamadıqlarını deyərək, polis rəisinin göndərdiyi xanıma seks təklif edirlər. Qadın isə tək gəlmədiyini, başqa bir xanım jürnalistin də rayon mərkəzində yazı hazırladığını deyərək, onun da gəlməsi üçün zəng etmək lazım olduğunu bildirir. Həvəslənən əmioğlular isə bu təkliflə razılaşırlar. Qadın daha da inandırıcı görsənmək üçün seks əvəzində pul da tələb edir. Rəisin tapşırıqlarını yerinə yetirən bu qadın zahirən o qədər gözəl olur ki,əmioğlular ciblərində hazırda cəmi 700 azn olduğunu və bunun hamısını verməyə hazır olduqlarını deyirlər. Qadın "rəfiqəsi"nə zəng edərək gəlməsini istəyir. Bundan sonra əmioğlulardan biri ilə yaxınlıqdakı ağacların birinin arxasına çəkilərək,onunla sekslə məşğul olur. Digər əmioğlu ona düşən qadının da gələcəyini gözləsə də az sonra qadın əvəzinə hadisə yerinə polislər gəlib çıxır. Polis rəisinin tapşırığını yerinə yetirən əməkdaşlar əmioğluları döyərək lüt soyundurub, qadınla qeyri-ənənəvi sekslə məşğul olduqlarını əks etdirən şəkillər çəkirlər.Hadisədən sonra şəkilləri ictimailəşdirəcəyini deyən Şahı Səfərəliyev əmioğlulardan küllü miqdarda rüşvət alır.Baş vermiş hadisə haqda Milli Təhlükəsizlik Nazirliyinin regional bölməsi məlumat əldə edir. Hətta polis rəisinin gizli saxladığı bu biabırçı fotolardan birini də MTN əməkdaşları əldə edirlər. Bundan sonra bu haqda yuxarılara məlumat verilir. Hadisədən bərk əsəbləşən Daxili İşlər Naziri Ramil Usubov 2010-cu il aprel ayının 27-də polis rəisi Şahı Səfərəliyevlə yanaşı həmi "qadın əməliyyatı"nda iştirak etmiş əməliyyat işləri üzrə rəis müavini Elçin Mahmudovu və İctimai Təhlükəsizlik Bölməsinin rəisi Bəhruz İbrahimovu da vəzifələrindən azad edir. Məsələ o səviyyədə "şişir" ki,hətta Ziya Məmmədov belə polis rəisinə kömək edə bilmir.

Qarşı tərəfin də mövqeyini əks etdirməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA