Azərbaycanın gənc alimləri Türkiyədə Oluz-Höyük abidəsində arxeoloji qazıntılarda iştirak ediblər - FOTOLAR
22-09-2021 [14:23]
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin elmi əməkdaşları Cavid Bayramov, Nərmin Məmmədli və Nərmin Bayramova avqust və sentyabr aylarında Avropa Komissiyasının “Horizon 2020” elmi mübadilə proqramının xətti ilə Türkiyə Cümhuriyyətinə ezam olunublar.
Mia.az xəbər verir ki, həmin müddət ərzində, sentyabr ayının 2-dən 6-a kimi adı çəkilən üç gənc alimimiz Amasyanın Gözlek kəndində yerləşən Oluz-Höyük abidəsində arxeoloji qazıntılarda iştirak etdilər.
Oluz-Höyük qazıntılarına İstanbul Universitetinin Arxeoloji bölümündən prof. Şevket Dönmez rəhbərlik edir. Abidədə 2007-ci ildən başlayaraq sistemli şəkildə arxeoloji qazıntılar aparılır. Abidənin mədəni qatlarını öyrənmək məqsədi ilə 2007-ci ildə stratiqrafik qazıntı aparılmış və nəticədə 9 mədəni təbəqə müəyyən olunmuşdur. Belə ki, abidə erkən tunc dövründən başlayaraq eramızın XI əsrlərinə qədər olan dövrü özündə cəmləşdirir. 2009-cu ildən 2-ci təbəqə olan Əhəməni dövrü mədəni təbəqəsində tədqiqat işləri aparılır. Bu mədəni təbəqədən Əhəməni dövrü saray qalıqları, su kanalı, dini ritualların keçirildiyi otaqlar üzə çıxarılmışdır. Saray, malikanə qalıqları şimal hissədə, dini bölgələr isə cənub tərəfdə yerləşir.
Prof. Şevket Dönmez gənc alimlərimizə abidənin ötən illərdəki qazıntılarından bəhs etmiş, qazıntı sistemləri barədə məlumat vermişdir. Daha sonra əməkdaşlarımız abidənin şimal hissəsində yerləşən Əhəməni dövrünə aid təsərrüfat tikilisinin (sarayın mətbəxi olduğu güman edilir) qazıntılarında iştirak etmiş, həmçinin orada bərpaçıdan memarlıq tikililərinin bərpa olunması barədə təlim almışlar.
Gənc tədqiqatçılarımız qazıntılarda olduqları müddətdə kameral işlərin aparıldığı “Oluz–Höyük emalatxanasında” da olmuşlar. Orada Türkiyədə aparılan müasir arxeoloji üsullarla tanış olmuş və kameral işlərin həyata keçirilməsində öz təcrübələrini nümayiş etdirdilər.
Qeyd edək ki, Prof. Şevket Dönmez və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, iskit problemi üzrə mütəxəssis t.ü.f.d. Zaur Həsənov uzun müddətdir ki, əməkdaşlıq edirlər. Prof. Şevket Dönmezin Türkiyədə aşkar olunmuş iskit tipli tapıntılarla bağlı bir sıra tədqiqatları var. Z.Həsənovun rəhbərliyi altında işləyən gənc tədqiqatçılarımız həmin tapıntıların sərgiləndiyi Amasya Arxeoloji muzeyində olmuş və hər iki arxeoloqdan da barəsində geniş məlumat aldıqları iskit tipli tapıntılarla yaxından tanış olublar. Adı çəkilən gənc alimlərimizin Türkiyədəki arxeoloji qazıntılarda iştirakı iki dövlətin dəmir dövrü arxeologiyasının birgə praktiki öyrənilməsində birinci addımıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi