“Yeni Klinika”nın həbsdə olan direktoru: "İndi dörd divar arasına salınmışam"
22-09-2021 [11:59]
Bakıda pandemiya ilə əlaqədar, əsasən, koronavirusa yoluxanların müalicə olunduğu “Yeni Klinika”nın sabiq direktoru, rüşvət almaqda suçlanan Pərviz Abbasov bu ittihamın yalan olduğunu deyir.
O bildirir ki, rüşvətdən uzaq biri olduğu, yalnız özünün bilik və təcrübəsi ilə pul qazandığı halda, belə bir əməldə suçlanmasından həm də mənəvi əzab çəkir.
“Kimsə deyə bilməz ki, mən ondan indiyədək 1 manat rüşvət almışam. Müxtəlif xəstəxanalarda işləmişəm, Tibb Universitetində dərs demişəm. İndiyədək yaşadığım ömrün böyük bir hissəsini səhiyyəyə vermişəm, uzun illər cərrah işləmişəm. Nəticəsi də budur ki, indi dörd divar arasına salınmışam. Araşdırın, görün ki, mənim ipotekada olan ev və bir maşından başqa nəyim var?..”, – Abbasov öz məhkəməsində belə deyib.
2020-ci ilin aprelindən həbsdə olan keçmiş klinika direktorunun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Onunla yanaşı, məhkəmə qarşısına daha dörd nəfər çıxarılıb – “Buta” Klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov, “Avrasiya” Klinikası və “Viola” MMC-nin meneceri Vüsalə Əliyeva və rəsmi heç yerdə işləməyən Samir Mirzəyev.
“Yeni Klinika”nın sabiq direktoru adları çəkilən şəxslərlə əlbirlikdə, koronavirusa yoluxmuş şəxslərin klinikaya yerləşdirilib müalicə olunması üçün onların yaxınlarından bu adamların vasitəsilə 3-5 min manat rüşvət almaqda suçlanır.
İstintaq dövründə yalnız Abbasov həbsdə idi. Amma məhkəmənin ilk iclasında, qadın istisna olmaqla, digər təqsirləndirilən şəxslərdən üçü məhkəmə zalında həbs olundu.
Sabiq klinika rəhbəri deyir ki, əlbirlikdə ittiham olunduğu dörd nəfərdən yalnız birini – Samir Mirzəyevi tanıyır: “Samir də atasının, yaxın adamının klinikaya yerləşdirilməsini xahiş edib, yardım etmişəm. Buna görə nə ondan, nə də bir başqasından bir qəpik pul almışam…”.
Mirzəyev də onun dediklərini təsdiqləyib. O bildirib ki, istintaq dövründə prokurorluqda təzyiq yoluyla Abbasovun əleyhinə ifadəyə imza atmağa məcbur edilib: “Mən Pərviz Abbasova bir manat pul verməmişəm. Hətta atam sağalandan sonra rayonda bir qoyun kəsdirib gətirmişdim, onu da götürmədi. Düzdür, mən onunla tanışlığımdan istifadə edib başqalarının klinikaya yerləşdirilməsi üçün onlardan pul almışam. Amma Pərviz həkimə bir qəpik də verməmişəm. Elə xahiş eləmişəm, demişəm, yaxın adamdır, problemsiz yerləşdirib, müalicə ediblər”.
Mirzəyevin sözlərinə görə, digər təqsirləndirilən şəxslər onun tanışı olub.
Abbasovun vəkili məhkəmədə çıxışında müvəkkilinin qurban seçildiyini desə də, konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.
Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə), digər təqsirləndirilən şəxslərə isə həmin Məcəllənin 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi