12-02-2014 [21:03]
Prezident İlham Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verməsi əksər mətbuat orqanların mərkəzi mövzularından birinə çevrilib. Bəs Həsən Əliyev kimdir? Onun hansı əməlinə görə səlahiyyətlərinə vaxtından əvvəl xitam veriblər?
"Qafqazinfo”nun məlumatına görə, Müsavat.com-un qısa virtual araşdırması zamanı bəlli oldu ki, H.Əliyev Rusiyadan vətənə qayıdan Ramazan Səlimov adlı iş adamına 600 min manat "atıb”. Məsələ isə belə olub. Rusiyada zavodunu 7 milyon dollara satan iş adamı vətəndə vəzifə sahibi olmaq üçün Azərbaycana gəlib. İş adamı 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. R.Səlimovun bu müraciəti təsadüfi olmayıb. O, E.Məmmədovun bir iş adamı kimi yuxarı dairələrlə sıx əlaqələri olduğunu əvvəldən bilib. R.Səlimov E.Məmmədova bildirib ki, o, hansısa bir rayonun icra başçısı olmaq istəyir. E.Məmmədov əvvəlcə R.Səlimovu Səbayel rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzovla görüşdürüb. Q.Novruzov məsələdən agah olandan sonra bildirib ki, bu, onun gücü daxilində olan iş deyil.
Bundan sonra E.Məmmədov dostunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Hakim H.Əliyev də R.Səlimovla sabiq təhsil naziri Misir Mərdanovun qardaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin idarə rəisi İlham Mərdanovla, 2 deputatla və digər vəzifə sahibləri ilə görüşdürüb. Ondan bu görüşlərdən sonra 600 min manat alıb. R.Səlimov aldandığını anlayıb pullarını E.Məmmədovun vasitəsi ilə geri istəyəndə isə hakimin 2 dostu – Qüdrət və Tariyel adlı şəxslər onun üzünə dayanaraq guya onları aldadaraq pullarını aldığını iddia ediblər. Beləcə, E.Məmmədov həbs edilib. Sonradan isə məsələnin böyüməsindən qorxuya düşən hakim E.Məmmədovun vasitəsi ilə R.Səlimovun 250 min manat pulunu qaytarıb. Lakin məsələ bununla bitməyib. Artıq hakim adı ilə bir araya sığmayan hərəkətlərə yol vermiş H.Əliyevin həbsini gündəmə gətirib. Bundan sonra hakimin təqdimatı verilib və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. E.Məmmədovun vəkili Adəm Məmmədov "Azadlıq” qəzetinə baş verənlərlə bağlı açıqlama verərək müvəkkilinin günahsız olduğunu söyləyib. Hakimin digər cinayət əməlləri haqda bilgili olduğunu deyərək dövlətçilik baxımından həmin məsələləri ictimailəşdirməkdən vaz keçdiyini vurğulayıb.
Yada salaq ki, H. Əliyev etik davranış kodeksinin tələblərini pozmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirdiyinə görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Məlumata görə, Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə səbəb kobud qanun pozuntuları, korrupsiyaya şərait yaradan hallar, etik davranış kodeksinin tələblərini pozmaq, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlər olub. Son üç ildə isə 30 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi