NAZİRLƏR KABİNETİ DƏRSLƏRİN TƏŞKİLİ İLƏ BAĞLI QƏRAR VERDİ - Detallar
22-09-2021 [10:05]
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarında dəyişiklik edilməsi və “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi haqqında qərar qəbul edilib.
Mia.az xəbər verir ki, Əli Əsədov “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsaslanaraq, belə qərar imzalayıb:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1205) ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci və 2.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.1. 2021/2022-ci tədris ilində təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli Qərarı ilə tənzimlənir.
2.2.Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim- tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epide- miologiya mərkəzlərinin sanitar-epidemioloji vəziyyətlə bağlı müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qəbul edilir. Ayrı-ayrı təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar isə həmin təhsil müəssisəsində yaranmış sanitar- epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında aşağıdakı orqanlar (qurumlar) tərəfindən qəbul edilir:
2.2.1.Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
2.2.2.digər icra hakimiyyəti orqanlarının tabeliyindəki təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanları;
2.2.3.bu Qərarın 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində qeyd edilənlər istisna olmaqla dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər təhsil müəssisələrində, habelə özəl və bələdiyyə təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin təhsil müəssisələrinin təsisçiləri.”.
1.2.Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1.Təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumat- landırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir.”.
1.3.2.4-cü, 2.5-ci, 2.6-cı, 4.5-ci, 5.13-cü və 6.4-cü bəndlər ləğv edilsin.
1.4.Aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:
“2.10.Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.”.
1.5.4.1.1-ci yarımbənddə “olduğu müəyyən edildikdə, onların” sözləri “olan, yaxud respirator əlamətləri olanların” sözləri ilə əvəz edilsin.
1.6.Aşağıdakı məzmunda 4.1.1-1-ci yarımbənd əlavə edilsin: “4.1.1-1. ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır;”.
1.7.4.1.3-cü yarımbənddə “1,5” rəqəmləri “1” rəqəmi ilə əvəz edilsin.
1.8. 4.2.1-ci, 4.2.2-ci, 4.2.3-cü, 4.3.2-ci, 4.3.4-cü, 4.4.1-ci, 4.6.2-ci, 4.7.7-ci və 4.11.8-ci yarımbəndlər ləğv edilsin.
1.9.4.2.4-cü yarımbəndin birinci cümləsində “tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən” sözləri “tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.)” sözləri ilə əvəz edilsin.
1.10.4.2.5-ci yarımbənddə “1,5” rəqəmləri “1” rəqəmi ilə əvəz edilsin.
1.11.4.3.1-ci yarımbəndə “məktəbəqədər” sözündən sonra “, məktəbdənkənar” sözü əlavə edilsin.
1.12.4.6.1-ci, 4.7.3-cü və 4.7.8-ci yarımbəndlər və 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“4.6.1.dərslərarası (məşğələlərarası) fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılır;
4.7.3.ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir;
4.7.8.müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılır.
4.9.Yeməkxanalara (bufetlərə) dair tələblər:
4.9.1.yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;
4.9.2.təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;
4.9.3.ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;
4.9.4.yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;
4.9.5.yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;
4.9.6.yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;
4.9.7.yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);
4.9.8.təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.”.
1.13.4.12-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin: “Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə bilər.”.
1.14.5.2-ci bəndin ikinci cümləsində “etməli və tibb müəssisəsi tərəfindən təhsil alanın xəstəxanaya yerləşdirilməsi təmin edilməlidir” sözləri “etməlidir” sözü ilə əvəz edilsin.
2.“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2021, № 1, maddə 95) ləğv edilsin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi