Azərbaycan gənclərinin bu il təhsil alacağı xarici ali məktəblərin SİYAHISI

img

12-02-2014 [18:41]


2014/2015-ci tədris ilində azərbaycanlı gənclərin xaricdə təhsil ala biləcəyi ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib. Təhsil Nazirliyindən  verilən məlumata görə, azərbaycanlı gənclərin xaricdə təhsil alması məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil prioritet ixtisas istiqamətlərinin siyahısı fevralın 10-da təsdiq olunub.

Yeni siyahıya əsasən 2014/2015-ci tədris ilin azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək hüququna malik olacaqlar.

Prezident yanında Təhsil üzrə Komissiya sədrinin 11 nömrəli, 10.02.2014-cü il tarixli sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2014/2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı ilə  burdan - buradan tanış ola bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA