12-02-2014 [17:09]
Ermənistanda heç bir dövlət orqanında hökumətin Ermənistan vətəndaşını Dağlıq Qarabağ ərazisində əsgəri xidmətə göndərməyə əsas verən bir qanun yoxdur.
MİA azvision.az-a istinadən bildirir ki, "Helsinki assosiasiyası” hüquq-müdafiə təşkilatının eksperti Ruben Martirosyan erməni mətbuatına müsahibəsində belə deyib. Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının əksəriyyəti tanınmamış Dağlıq Qarabağda əsgəri xidmətin əleyhinədirlər.
Hərbi hissələrdə çoxsaylı əsgər ölümləri və işgəncələrlə bağlı danışan erməni ekspert Qarabağda Ermənistanın Müdafiə Nazirliyi yanında İstintaq Xidməti, hərbi prokurorluq və hərbi polisin vətəndaşların hüquqlarını pozduqlarını qeyd edib. Onun sözlərinə görə, "Qarabağ Respublikası” ərazisində Ermənistanın Hərbi Prokurorluğunun 1, 2 və 3 saylı qarnizonları tam qanunsuz fəaliyyət göstərir.
"Qarabağda Ermənistan Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən hərbi polislərin də fəaliyyəti qeyri-qanunidir. Bizi xalq düşməni adlandırsalar da deməliyəm ki, sözügedən orqanlar qanunsuz fəaliyyət göstərməklə yanaşı hərbi hissələrdə baş alıb gedən zorakılıqlara göz yumurlar. İşgəncəyə və zorlanmaya məruz qalan əsgərlərin hüquqları qorunmur. Onlar üçün təyin olunan vəkillər isə "xoruz”lardır (Xoruz uşaq oyunlarında adətən hər iki tərəf üçün oynayır-red.), hamısı satılıblar və cinayət ortaqlarıdırlar. Hər kəsə məlumdur ki, hərbi hissələrdə özünəqəsd halları artıb. Bunun səbəblərini araşdırmaq lazımdır”.
Erməni eksperti deyir ki, xüsusi vəkillərin köməyi ilə bəzən komandiri və ya əsgər yoldaşı tərəfindən qətlə yetirilən əsgərin özü-özünü öldürdüyünü bəyan edərək, bəzənsə də cəbhə xəttində öldüyünü bildirərək faktları ört-basdır edirlər: "Məsələn, 2011-ci il fevralın 12-də hərbi hissələrdən birində qətlə yetirilən Torqom Saruxyanın cinayət işini istintaq zamanı elə düzüb-qoşdular ki, guya o, özünü öldürüb. Üstəlik Hamlet Davtyan, əsgərlər- Robert Badalyan, Hrant Karapetyanı və Qarabağ sakini Vilhelm Enqibaryanı həbs etdi ki, guya Saruxyanı özünəqəsdə məcbur edənlər onlar olublar. İstintaq prosesində iştirak edən vəkillərdən biri Azat Avaqimyan hazırda rüşvətxorluğa görə həbs edilib”.
Martirosyan rəsmən sübut olunmuş faktlara əsasən bildirir ki, Saruxyanın qətlindən sonra 24 hərbi qulluqçu Xankəndi hərbi polisinə aparılıb və yalan ifadə vermələri üçün 10 gün ərzində onlara işgəncə verilib. Bu qayda Ermənistanda "ət maşını sistemi” adlanır.
Qeyd edək ki, Azərbaycanla sərhəddə qətlə yetirildiyi bildirilən Zorik Marqaryanın da əslində öz əsgər yoldaşı Karen Movsisyan tərəfindən öldürüldüyü sübut olunub. Həmçinin onun bədənində zorakılıq izləri aşkarlanıb.
Xatırladaq ki, 2011-ci ildə əsgəri xidmət zamanı əsgər Ovanes Vardanyan məruz qaldığı işgəncələr nəticəsində ağlını itirib dəlixanaya düşmüşdü. O. Vardanyanın atası oğlunun zabiti masaj etmədiyinə görə döyüldüyünü bildirir.
Bu yaxınlarda əsgərin atası Müdafiə Nazirliyinə maliyyə yardımı üçün müraciət edib və ona qanuna uyğun olaraq cəmi 10 000 dram (25 dollar) yardım ayrılıb. Əsgərin ailəsi isə nazirliyin təklifini təhqir kimi qəbul edərək yardımdan imtina edib.
Sonda Martirosyan təəssüf hissi ilə bu kimi halların daha da artdığını bildirib: "Ən pisi isə budur ki, hazırda hərbi hissələrdəki çirkin əməllər daha ustalıqla ört-basdır edilir!”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi