Sumqayıt şəhər İcra Hakimiyyətində müavinlər səviyyəsində mühüm təyinat və dəyişikliklər həyata keçirilib. Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bir sıra struktur dəyişikliklərinə imza atıb.
Belə ki, uzun illərdir icra başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri işləyən Tariyel Saleh oğlu Hacıyev vəzifəsindən azad edilib. İcra başçısının digər müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Sahib Quliyev isə Tariyel Hacıyevin yerinə təyin olunub.
Tariyel Hacıyev şəhər İcra HakimiyyətininMənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyevin müavini təyin edilib.
Sumqayıtda da xanım icra müavini təyinatı reallaşdırılıb. Belə ki, Sahib Quliyevin yerinə Lalə Zülfü qızı Hacıyeva təyin edilib; bundan sonraSosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri kimi məhz bu xanım çalışacaq.Bu vaxta qədər şəhərin 41 nömrəli bağçalarından birinin müdiri olan L.Hacıyeva Tariyel Hacıyevin qardaşı qızı, mərhum Zülfü Hacıyevin qızıdır.
xeberle.com
Yeni xanım müavin Sumqayıtın inkişafında xidmətlərinə görə, 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub
Əldə etdiyimiz son məlumata görə, artıq L.Hacıyeva iş başındadır.

