Səlim Müslümovdan daha bir təyinat

img

12-02-2014 [15:38]


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun əmri ilə Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinə yeni rəis təyin edilib. Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni rəisi Samir Məmmədovdur.

Məlumatı adı çəkilən idarədən təsdiqlədilər və qeyd etdilər ki, S.Məmmədovun əmri dünən verilib, bu gün isə yeni rəis işə çıxıb.

Qeyd edək ki, Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sabiq rəsisi Yasin Rüstəmovun vəzifəsi bir neçə gün öncə dəyişdirilib. Nazirin müavafiq əmri ilə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Şəmkir rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi təyin olunub.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA