Aynar Məmmədov maşınlarından danışdı - Yenilənib

img

12-02-2014 [15:16]


"Mətbuatda mənə aid olduğu bildirilən fotolardaki əks olunan avtomobillərin mənə heç bir aidiyyatı yoxdur”.

Bunu AzNews.az-a açıqlamasında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov bildirib.

A.Məmmədovun sözlərinə görə, fotolardakı avtomobillər onun dostlarına və tanışlarına məxsusdur: "Fotoların bəzisi mənim "İnstagram”səhifəmdə yerləşdirilib. Ancaq mətbuatda hətta həmin səhifədə olmayan avtomobillərin də fotoları yayılaraq guya həmin maşınların mənə məxsus olduğu iddia olunub. Bunlar mənə atılan böhtandır. Belə məsələlərin ümumilikdə ictimailəşdirilməsinə ehtiyac olmadığını düşünürəm”.

***

Aynar Məmmədov Publika.Az-a açıqlamasında isə məhkəməyə müraciət edəcəyini bildirib:

"İnsanların şəxsi həyatına müdaxilə etmək, onu ictimailəşdirmək yaxşı hərəkət deyil. Bu, normal jurnalist etikasına da ziddir. Həmin fotolarda mənim şəxsi həyatım əks olunub. O fotoların əksəriyyəti heç mənə aid deyil. Sosial şəbəkələrdən mənim kimi milyonlarla insan istifadə edir və öz fotolarını paylaşırlar. Mənim "İnstagram”da fəaliyyətimlə bağlı atamın və ya əmimin adının hallandırılması doğru deyil. Haqqımda yazılanların da heç bir əsası yoxdur. Buna görə mənim qarşı tərəfi məhkəməyə vermək və haqqımda yazılan yalan məlumatlara qanunla cavab verilməsini istəmək haqqım var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA