Milli Məclisin daha bir komitəsi toplandı: nələr müzakirə olunub?
17-09-2021 [15:00]
Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında ilk iclasını keçirib.
Mia.az xəbər verir ki, videokonfrans formatında keçirilən iclasda gündəlik barədə komitənin sədri Hicran Hüseynova məlumat verib.
Komitə sədri əvvəlcə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyası ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirib ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin hesabat dövründə keçirilən 13 iclasında 21 məsələyə baxılıb. Həmçinin komitədə “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icra vəziyyəti: imkan və çətinliklər” və “Azərbaycan Ailə Strategiyasının formalaşması hüquq müstəvisində” mövzularında 3 dinləmə keçirilib.
Bundan başqa, sessiya ərzində komitə sədri və üzvləri təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə onlayn qaydada görüşlər keçiriblər, müzakirələr aparıblar, regionda baş verən hadisələr barədə reallıqları, ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırıblar.
Hesabat dövründə komitəyə vətəndaşlardan 351 müraciət daxil olub. Həmin müraciətlərdə vətəndaşların qaldırdığı məsələlərlə bağlı 153 məktub hazırlanaraq aidiyyəti qurumlara göndərilib və digər müvafiq tədbirlər görülüb.
Sonra komitə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin payız sessiyasının işlər planını müzakirə edib. Hicran Hüseynova qarşıdakı sessiyanın iş planının deputatların təklifləri üçün açıq olduğunu bildirib.
Müzakirəyə çıxarılan 3-cü məsələ - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri məlumat verib ki, artıq qanunvericilik aktlarında təqaüdlə müavinətlər birləşdirildiyi və təqaüd artırıldığına görə, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatına alındığı üçün qanunlara bu dəyişikliklər təklif edilib.
Müzakirə olunan məsələlərə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Tamam Cəfərova, Pərvin Kərimzadə, Ramin Məmmədov, Sevil Mikayılova, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Könül Nurullayeva və Nigar Arpadarai çıxış ediblər.
Deputatlar komitənin ötən sessiyadakı işi və payız sessiyasının iş planı barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərlə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstəriblər, bir çox məsələlərlə bağlı mətbuatda çıxış ediblər.
Komitə üzvləri payız sessiyasının işlər planına ailə məsələləri, qadın və uşaq hüquqları ilə bağlı dinləmələrin salınması, həmçinin ailə dəyərlərinin qorunmasının, qadınların məşğulluğunun təmin olunması, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının qanunvericilikdə gücləndirilməsi, bu sahədə cəzaların sərtləşdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər.
Deputatlar iclasda baxılan qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
İclasda deputat Rauf Əliyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi