Gəncədə intihara cəhd edən köçkünlə bağlı təzadlı xəbər yayıldı

img

12-02-2014 [13:11]



Gəncədə beşmərtəbəli yataqxananın damına çıxaraq intihar etmək istəyən şəxsin Goranboy rayonunda yaşadığı məlum olub. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Gəncə şəhər Nizami rayonu üzrə nümayəndəsi Səbuhi Süleymanovun APA-ya verdiyi məlumata görə, bu gün Gəncə Dövlət Universitetinin yataqxanasının beşmərtəbəli binasının damına çıxaraq intihar etmək istəyən 34 yaşlı Səxavət Məmmədov həmin yataqxanada deyil, Goranboy rayonunun Meşəli kəndində yaşayır.

"Gəncədə yeni salınan şəhərciyə isə yalnız Gəncədə yataqxanalarda məskunlaşan məcburi köçkünlər yerləşdirilir. Səxavət Məmmədov yataqxanada yaşamır, Goranboy rayonunun Meşəli kəndində məskunlaşıb. Ona görə də Komissiya üzvləri onun adını ev alanların siyahısına daxil etməyiblər”.

S. Süleymanov onu da bildirib ki, Səxavət Məmmədovun yataqxanada yaşayan iki bacısı yeni mənzillərlə təmin ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA