Samir Nuriyevin rəhbərlik etdiyi daha bir İşçi Qrupu toplandı: nələr müzakirə olundu? - FOTO
14-09-2021 [16:34]
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlərin müzakirə edildiyi iclasda İşçi Qrupunun ötən görüşlərində qəbul edilmiş qərarların icrası ilə bağlı həyata keçirilən tədbirlər və əldə edilmiş nəticələrə nəzər salınıb. Müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən təqdim edilən məlumatlar dinlənilib. Elektrik enerjisi infrastrukturunun qurulması və müəyyən ərazilərdə qaz nəqli sisteminin layihələndirilməsi məsələləri nəzərdən keçirilib.
Şuşa şəhərində strateji obyektlərin elektrik və istilik təminatına dair görülən işlərlə bağlı aparılmış monitorinqin nəticələri barədə məlumat verilib, tikintisi davam etdirilən istilik qazanxanaları, məhəllədaxili istilik xətlər, həmçinin elektrik yarımstansiyaları ilə bağlı görülən tədbirlər haqqında təqdimat diqqətə çatdırılıb.
Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi ilə əlaqədar cari vəziyyət və növbəti addımlar müzakirə edilib.
Cari ilin oktyabrında Bakıda təşkil olunacaq “Rebuild Karabakh” - “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirakla bağlı müzakirələr aparılıb, Qarabağda “yaşıl enerji” zonasının yaradılması üzrə quraşdırılacaq stendin Qarabağ bölgəsinin sürətli bərpası və xarici investorların cəlb edilməsi üçün əlverişli imkanlar yaratmasının əhəmiyyətindən bəhs edilib. Sərgidə iştirakla bağlı təşkilati və dizayn məsələlərinin həlli məqsədilə Energetika Nazirliyinin müvafiq Əmri ilə yaradılmış İşçi Qrupu tərəfindən hazırlanmış təkliflər təqdim edilib.
İclasda işğaldan azad olunmuş ərazilərin ümumi planı barədə məruzələr dinlənilib. İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər barədə fikir mübadiləsi aparılıb, həyata keçiriləcək tədbirlərin aidiyyəti qurumlarla davamlı müzakirə edilməsi tövsiyə edilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi