Müdafiə Nazirliyindən qadın zabitlər haqda açıqlama

img

12-02-2014 [10:11]



Müdafiə Nazirliyindən hərbi hissələrdə xidmət edən qadın qulluqçuların sayı barədə açıqlama verilib. 

Nazirlikdən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, orduda min nəfərə yaxın qadın qulluqçu hərbi xidməti vəzifəsini yerinə yetirir: "Hazırda Müdafiə Nazirliyinin tabeliyındə olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi min nəfərə yaxın qadın hərbi xidmətdədir”.

Müdafiə Nazirliyindən həmçinin hərbi hissələrdə zabit və əsgərlərin münasibətlərinin tənzimlənməsi məsələsinə də aydınlıq gətiriblər: "Hərbi qulluqçular və onların qarşılıqlı münasibətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümumqoşun nizamnamələrinin müddəalarının tələbləri çərçivəsində qurulur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA