RAMİN BAYRAMLININ ATASI: "Dedim, nəyə görə istefa verdin?" - "Nə ailə görürdü, nə də uşaq, həm də..."
13-09-2021 [20:04]
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etdiyi qurumdan istefa verməsi ilə bağlı Qaynarinfo-ya müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Baba bəy, oğlunuzun istefa verməsi ilə bağlı nə deyə bilərsiz?
- Biz ata-oğul olsaq da, Raminin şəxsi işinə qarışmıram. Özü-özünə bunu məsləhət bilib. Nəticədə öz istəyi ilə ərizəsini yazıb və işdən çıxıb. Heç nəyə də ehtiyac yoxdur. Şükür Allaha, oğlum qabiliyyətli oğlandır, inşallah özünə bir iş də tapar.
- İstefa verməsi ilə bağlı Ramin bəylə bir ata kimi danışmısınızmı?
- Səhər gedib, axşam gəlirdi. Nə ailə görürdü, nə də uşaq. Həm də yazılanlar da buna təsir etdi. Səhərdən axşama kimi işinin başında olurdu. Evi-eşiyi qalmışdı kənarda. Qədir bilirlər ki... Söhbət eləmişəm. Dedim, nəyə görə istefa verdin? Dedi, "Ay ata, vallah nə deyim. Gördüm həqiqətən ətrafda narazılıqlar çoxdur. Buna görə istefa verdim ki, yuxarıdan bunu görsünlər. Mən bu vəzifəyə layiqəm, ya yox. Sonra ləkənənməmiş bu istefanı qərarlaşdırdım. Qoy ləkəsiz işdən çıxım”.
- Oğlunuz sizinlə qalır?
- Mən bir ata olaraq hər zaman öz zəhmətimlə yaşamışam. Atam da müəllim olub. Uşaqlıqdan arı təsərrüfatı ilə məşğul olmuşam. Ailəmi də zəhmətə alışdırmışam. Halal zəhmətimlə təhsil almışam. Bu oğlum Raminə də aiddir. Oğlum Tibb Universitetinin yataqxanasında qala-qala müəllim təyin olunmuşdu. Elə yataqxanada da tələbələrinə dərs deyirdi. Ata kimi onun şəraitindən hər zaman narahat olurdum. Qərbi Azərbaycanın (İndiki Ermənistan) Göyçə mahalında, keçmiş Çəmbərək rayonunun Toxluca kəndindən Şəmkirə məcburən qaçqın kimi gəlib, yaşamışdıq. Oğluma görə Şəmkirdən Bakıya köçdüm. Burda bir il kirayədə qaldıq. Sonra zəhmətimizlə bir ev aldıq. Ramin mənimlə bir həyətdə yaşayır.
- Ramin bəyin fəaliyəti ilə bağlı bir sıra tənqidlər səsləndirilirdi. Siz bir vətəndaş olaraq onun işini necə qiymətləndirirdiz?
- İş olan yerdə yəqin ki, tənqid olacaqdı. Amma haqsız tənqidlər də çoxdur. Raminin səhvi varsa, ondan nəticə çıxarsın. Amma ümumi şəkildə desəm, bir ata kimi hər zaman Raminə uğurlar arzulamışam. Elin gözü tərəzidir. Əgər haqlı tənqiddisə, bu ayrı məsələdir. Gəlib, Raminin təzə tikdiyi evlə bağlı çəkiliş ediblər. Hardasa 10 il bundan əvvəl oğlum öz zəhmət ilə 4 sot torpaq almışdı. İndi istəyirdik ki, özünə yurd yeri düzəltsin. Çünki Ramin hələ də mənim həyətimdə yaşayır. Yaşadığı mənzili də vaxtı ilə öz zəhmətimlə düzəltmişdim. İndi də deyirdik ki, artıq özünə ayrı bir şərait düzəldib, yaşasın.
- Yəqin ki, siz Ramin bəyin mətbuatda yayılan villasından danışırsınız?
- Bəli. Sonra da gördük mediada Raminin villası ilə bağlı xəbərlər dərc edilir. Bu məsələdə haqsız yerə onun adını hallandırırlar. Gəlib görsünlər ki, bu adamın doğurdan da nəyi var, nəyi yox... Zərrə qədər bir göstərsinlər ki, bu adam dövlət işində rüşvətlə hər hansı bir iş görüb. Əstəğfürullah. İnanın ki, belə bir hal ola bilməz. Özümdə olmayıb, onda da ola bilməz. Mən ailəmi müəllimliklə bərabər, həmçinin arıçılıqla da saxlamışam. İndi də arıçılıq təsərrüfatı ilə məşğulam. Buyurun, gəlin, sizi bal qonaqlığına dəvət edirəm.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi