MƏMUR ÖVLADLARININ VƏZİFƏLƏRƏ TƏYİNATI: "Artıq zərərli streotipləri dağıtmaq lazımdır..." - RƏYLƏR
13-09-2021 [11:47]
Azərbaycanda məmur övladlarının vəzifələrə təyin olunması, onlara yüksək etimad göstərilməsi ilə bağlı müzakirələr yeni deyil.
Düzdür, məmurun övladı olmaq o demək deyil ki, hər hansı vəzifəyə təyin oluna və ya sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzsən. Lakin nəzərə alanda ki, bu kimi hallar həddindən artıq çoxdur və hansı daşı qaldırırsan, altından məmur övladları çıxır, bu mənada məsələ vaxtaşırı olaraq aktuallıq qazanır. Təsadüfi deyil ki, mətbuatda və sosial şəbəkələrdə “Filan nazirin oğlu filan vəzifəyə təyin edildi”, “Deputatın oğluna yüksək etimad” və s. başlıqlı xəbərlərə mütəmadi rast gəlirik.
Mia.az-ın məlumatına görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova AYNA-ya açıqlamasında bildirib ki, hər bir vətəndaşın vəzifədə olmaq hüququ var və bunu ona heç kim qadağan etmir: “Məmur övladlarının da arasında kifayət qədər istedadlı, peşəkar kadrlar var. Zamanında valideynlərinin imkanı olub və övladlarını xaricdə təhsil övladları bu imkandan bəhrələnib, bu başqa söhbətin mövzusudur. Reallıq odur ki, onların da arasında vəzifəyə layiq adamlar var. Əgər onlar doğrudan da dövlət qulluğu imtahanlarından keçib və ya mərhələ-mərhələ gəlib bu yerlərə çatıblarsa, onları təqdir etmək lazımdır”.
Vəkilin sözlərinə görə, dövlət idarəçilyində şəffaflıq olmadığına görə, bu cür müzakirələr ortaya çıxır: “Bütün dünyada idarəetmə sahəsinə peşəkarları, təcrübəli kadrları gətirirlər. Bizdə isə əlaqə amili təəssüf ki, təcrübə faktorunu üstələyib. Hamımız bu cəmiyyətdə yaşayırıq və yazılmamış qanunlardan da xəbərimiz var. Zənglə, tapşırıqla, rüşvətlə və s. neqativ yollarla yüksələn məmurlar var. Bəzən atasının statusuna görə, balasını qabağa çəkirlər. Bu cür hallara son qoyulmalıdır. Belə hallar cəmiyyətin düşündürən beyinlərini məyus edir, nəticədə onlar öz potensialını ölkəmizdə yox, xaricdə reallaşdırırlar. Bir tərəfdən post-neft dövrünə hazırlıqdan, insan kapitalı amilindən danışırıq, digər tərəfdən düşünən beyinləri ölkədən getməsinə rəvac veririk”.
Cavadova əlavə edir ki, məmur övladları da bu millətin balalarıdır: “Heç bir ayrıseçkilik olmamalıdır. Artıq zərərli streotipləri dağıtmaq lazımdır. Süni zəka, süni intellekt dövrünə gəlmişik. Gör biz nədən danışırıq, məmur övladlarının tapşırıq və zənglə vəzifəyə gəlməsindən” – hüquqşünas vurğulayır.
Politoloq Əhəd Məmmədli AYNA-ya şərhində deyib ki, nə zamana qədər ki, bu cür hallar olacaq, cəmiyyətin inkişafından danışmaq olmaz: “Biz hansı dövrdə qalmışıq? Başa düşmək olur, vəzifəni kim icra edəcək, atası, yoxsa balası? Nəinki məmurlar, keçmiş məmurların da övladları yüksək vəzifələrə təyin olunurlar. Abel Məhərrəmov oğlunun səfir olduğu ölkəyə çaxır aparmışdı satmağa. Özünü vəzifədən qovdular, amma oğlu yenə səfirdir. Sual yaranır: Görəsən Abel Məhərrəmov rektor və ya deputat olmasaydı, oğlu diplomatik xidmətdə olardımı? Məncə yox. Çox təəssüf ki, belə hallar mövcuddur.
Fedolazim dövründə bunlar baş verirdi və təbii idi. Çünki quruluş onu tələb edirdi. Lakin biz müasir dünyaya inteqrasiyadan danışırıq, bu halda qətiyyətlə bundan imtina etməliyik” deyən politoloqun bildirdiyinə görə, vəzifə xalqa xidmət vasitəsi olarsa, bu cür hallar da olmaz: “Bu gün Azərbaycanda ən gəlirli sahələrdən biri vəzifədə çalışmaqdır. Hətta sahibkarlar belə məmurlar qədər pul qazanmırlar. Bu səbəbdən acgöz məmurlar imkan vermək istəmir ki, kimlərsə pul qazansın, ixtiyar sahibi olsun. Ən maraqlı məqam odur ki, atasına münasibət vəzifəyə gələndə əsas meyar olduğu kimi, gedəndə də mühüm rol oynayır. Qəribə vəziyyət yaranıb. Atasına görə, vəzifəyə təyin edirlər. Ata işdən azad olunandan sonra balanı da qovurlar. Bu, sadəcə biabırçılıqdır”.
Məmmədli qeyd edir ki, qarşıda bizi ağır dövrlər gözləyir: “Dünya düzəni dəyişir. Trendlər dəyişir, qaydalar dəyişir. İstedad amili ön plana çıxır. Texnoloji yeniliklər baş verir. Süni zəka həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilir. Belə bir şəraitdə kadrların peşəkarlığına və istedadına, şəxsi keyfiyyətlərinə görə deyil, atasına, babasına, dayısına xatir irəli çəkilməsi bütövlükdə bu cəmiyyətin özünü məhvə aparır. İmkan vermək lazımdır ki, peşəkarlar ön plana çəkilsin. Onların təcrübəsindən dövlətin inkişafı üçün yararlanmaq lazımdır. Yoxsa biz onları bezdirib ölkədən qaçaqa salırıq, onlar da gedib başqa dövlətin inkişafına xidmət göstərirlər. Sonra da qınayırıq ki, niyə belə etdin. Əslində isə özmüz buna şərait yaradırıq. İstedadlı və peşəkar insanlar bu cəmiyyətin qalasıdır. Bu qalanı dağıtmaq olmaz”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi