"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu... - YAP Xətai rayon təşkilatının sədrindən açıqlama
11-09-2021 [10:28]
“Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların mövcudluğu üçün zəruri addımlar atılır, onların dövrün, zamanın tələblərinə uyğun təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi də demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır. Azərbaycan hakimiyyəti müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Dövlət başçısı İlham Əliyev 2018-ci il prezident seçkilərində parlaq qələbəsindən sonra andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdir. Bu fikir daim önə çəkilir ki, islahatların həyata keçirilməsi labüddür. Ona görə ki, həyat yerində durmur, daim qarşıya yeni vəzifələr qoyulur. Ölkə Prezidentinin rəhbərliyi ilə reallığa çevrilən sistemli islahatlar öz növbəsində siyasi münasibətlər sistemini də əhatə edir. Siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır və bu prosesin davamlı olacağı bildirilir. Bütün bunların nəticəsidir ki, ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir”.
Mia.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, ümummilli maraqlar və xalqın rifahı naminə ölkədə siyasi dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir: “Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir olunur. Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki, ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.
Diqqəti Prezident Adminitsrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlərinə yönəldən Vüqar Rəhimzadə qeyd edib ki, bu tədbirlər siyasi dialoq mühitinin daha sağlam zəmində formalaşmasına öz müsbət təsirini göstərir: “Bu baxımdan hər bir görüşün dövrün aktual məsələlərinin müzakirəsinə həsr edilməsi təqdirəlayiq addımdır. Reallıq budur ki, dövlət başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti durmadan inkişaf edir. Qeyd ediyimiz kimi, Vətən müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi oldu. Hazırda demokratik dəyərlərin təşviqinə xidmət edən bu kimi təşəbbüslərin icrası uğurla davam etdirilir. Zənnimcə, sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsində ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüşün keçirilməsini bu prosesin növbəti mərhələsi hesab etmək olar”.
Təşkilat sədri son vaxtlarda siyasi partiyalar arasında birliyin, həmrəyliyin yaradılması fonunda onların fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlardan da bəhs edib. Bildirib ki, əksər siyasi partiyaların ofislərinin yenidən bərpası, qurultaylarının keçirilməsi üçün zəruri yerlərin müəyyənləşdirilməsi, bir neçə partiyanın qeydiyyatının təmin olunması bu diqqət və qayğının tərkib hissələridir: “Ən əsası "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunması zərurəti gündəmə gətirilib və bununla bağlı konstruktiv təkliflər irəli sürülməkdədir. Hesab edirəm ki, bugünkü reallıqlarımız fonunda "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi də dövrün aktual çağırışları sırasındadır. Atılan addımlar siyasi dialoq mühitinin təkmilləşdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirir”.
Qeyd edək ki, YAP İdarə Heyətinin sentyabrın 10-da keçirilən iclasının qərarına əsasən, V.Rəhimzadə partiyanın Xətai rayon təşkilatına sədr təyin olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi