Azərbaycana gələn avtobus, yük, minik maşınları və onlarla hərəkət edən şəxslərlə bağlı yeni qayda - HÖKUMƏTDƏN YENİ QƏRAR
10-09-2021 [20:31]
Avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması qaydası müəyyənləşib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına, avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması zamanı sərhəd və gömrük nəzarəti aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- sərhəd mühafizə orqanları avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin DSBM-in ərazisinə daxil olmasını təmin edirlər;
- avtobusların və minik nəqliyyat vasitələrinin, habelə onlarla hərəkət edən şəxslərin üzərində radioaktiv maddələrin mövcudluğunun yoxlanılması məqsədilə onlar sərhəd mühafizə orqanları tərəfindən portal radiasiya monitorlarından keçirilir;
- avtobuslarla və minik nəqliyyat vasitələri ilə hərəkət edən şəxslər sərhəd mühafizə orqanları tərəfindən sərhədkeçmə nəzarəti kabinələrinə istiqamətləndirilir və onların, habelə nəqliyyat vasitələrinin barəsində məlumatlar bu Qaydaların 2.4-cü bəndində göstərilən hərəkətlər yerinə yetirilməklə İAMAS-a daxil edilir. Avtobusları və minik nəqliyyat vasitələrini tərk edə bilməyən sərnişinlər (xəstə, əlil və s.) nəqliyyat vasitələrindən düşürdülmədən onların biometrik qeydiyyatı aparılmaqla, sənədlərin rəsmiləşdirilməsi sərhəd mühafizə orqanları tərəfindən avtobusların və minik nəqliyyat vasitələrinin daxilində İAMAS-ın səyyar stansiyaları vasitəsilə həyata keçirilir;
- sərhəd nəzarəti başa çatdıqdan sonra avtobuslar və minik nəqliyyat vasitələri ilə hərəkət edən şəxslər barəsində qaydaların bəndlərinin tələblərinə uyğun olaraq gömrük nəzarəti həyata keçirilir.
Avtobuslardan və minik nəqliyyat vasitələrindən istifadə etmək və ya barələrində sərəncam vermək səlahiyyətinə malik olan şəxslər həmin nəqliyyat vasitələrinə dair sənədləri (nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri, etibarnamələr və s.) gömrük orqanları tərəfindən VAİS-də qeydiyyatının və rəsmiləşdirilməsinin aparılması məqsədilə məlumat lövhələri ilə işarələnmiş yerlərə təqdim edirlər.
DSBM-ə daxil olan avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin üzərində sərhəd və gömrük nəzarəti başa çatdıqdan sonra onların buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
***
Bundan başqa, yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların Azərbaycan ərazisinə daxil olması qaydası müəyyənləşib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsaəsn, yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olması zamanı sərhəd və gömrük nəzarəti aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- sərhəd mühafizə orqanları yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların DSBM-in ərazisinə daxil olmasını təmin edirlər;
- yük nəqliyyat vasitələri, onlarla daşınan mallar, həmçinin sürücülər üzərilərində radioaktiv maddələrin mövcudluğunun yoxlanılması məqsədilə sərhəd mühafizə orqanları tərəfindən portal radiasiya monitorlarından keçirilir;
- yük nəqliyyat vasitələrinin və onlarla daşınan malların çəki göstəricilərinin gömrük orqanları tərəfindən müəyyən edilməsi məqsədilə yük nəqliyyat vasitələri yoxlama tərəzilərindən keçirilir;
- yük nəqliyyat vasitələrinin sürücüləri və həmin nəqliyyat vasitələrində ola biləcək sərnişinlər sərhəd mühafizə orqanları tərəfindən sərhəd nəzarəti kabinələrinə istiqamətləndirilir və yük nəqliyyat vasitələrinin sürücüləri, həmçinin yük nəqliyyat vasitələri barədə məlumatlar İAMAS-a daxil edilir;
- sərhəd nəzarəti başa çatdıqdan sonra yük nəqliyyat vasitələrinin sürücüləri barəsində gömrük nəzarəti həyata keçirilir;
- malların və nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən VAİS-də qeydiyyatı bunun üçün xüsusi olaraq ayrılmış yerlərdə aparılır və baxış və eyniləşdirilmə üzrə işlər həyata keçirildikdən sonra malların və nəqliyyat vasitələrinin təyinatı üzrə çatdırılmasına icazə verilir.
- “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almış şəxslərin adına malları gətirən nəqliyyat vasitələrinin gömrük nəzarəti üzrə qeydiyyat və baxış əməliyyatları birincilik qaydasında, bunun üçün müəyyən olunmuş yerlərdə aparılır.
- Sərhəd mühafizə və gömrük orqanları tərəfindən yük nəqliyyat vasitələrinə baxış keçirilməsi məqsədilə səlahiyyətləri daxilində, qarşılıqlı əlaqədə aşağıdakı hərəkətlər yerinə yetirilir:
- yük nəqliyyat vasitələrinin kabinələrinin və digər hissələrinin yoxlanılması;
- plombların, möhürlərin, bağlayıcı qurğuların və digərlərinin bütövlüyünün və etibarlılığının yoxlanılması;
- yük bölmələrinin bütövlüyünün (tentlərin, trosların və s.) yoxlanılması;
- malların daşınması gömrük təminatı olmayan nəqliyyat vasitələri ilə həyata keçirildikdə, mallara baxış keçirilməsi.
Göstərilən hallar üzrə uyğunsuzluqlar aşkar edildikdə, nəqliyyat vasitələrinin buraxılışı yalnız həmin uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra təmin edilir.
Yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların üzərində sərhəd və gömrük nəzarəti başa çatdıqdan sonra onların buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
***
Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Baş nazir Əli Əsədovun qərarına əsasən, “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı” və “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları” təsdiq edilib.
Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı
1. Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsi - Biləsuvar rayonu (Biləsuvar şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
2. Astara dövlət sərhədindən buraxılış məntəqəsi - Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
3. Astara dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam
Respublikası arasında.
4. Samur dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Samur qəsəbəsi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
5. Şirvanlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Şirvanlı kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
6. Zuxul dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Zuxul kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
7. Yalama dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Xaçmaz rayonu (Yalama qəsəbəsi), Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında.
8. Xanoba dövlət sərhədindən buraxılış məntəqəsi - Xaçmaz rayonu (Xanoba kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
9. Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsi - Balakən rayonu (Mazımqara kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında.
10. Muğanlı dövlət sərhədindən buraxılış məntəqəsi - Zaqatala rayonu (Muğanlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında.
11. Böyük Kəsik dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Ağstafa rayonu (Böyük Kəsik qəsəbəsi), Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında.
12. Sadıxlı dövlət sərhədindən buraxılış məntəqəsi - Ağstafa rayonu (Sadıxlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında.
13. “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsi - Qazax rayonu (İkinci Şıxlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında.
14. Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi).
15. Gəncə Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Gəncə şəhəri).
16. Qəbələ Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Qəbələ rayonu, Hacalı kəndi).
17. Lənkəran Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Lənkəran şəhəri).
18. Hacı Zeynalabdin Tağıyev Aerodromunda dövlət sərhədindən buraxılış məntəqəsi (Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi).
Naxçıvan Muxtar Respublikası üzrə
1. Sədərək dövlət sərhədindən buraxılış məntəqəsi - Sədərək rayonu (Sədərək kəndi), Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında.
2. Culfa dövlət sərhədindən buraxılış məntəqəsi - Culfa rayonu (Culfa şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
3. Culfa dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Culfa rayonu (Culfa şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
4. Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsi - Kəngərli rayonu (Şahtaxtı kəndi), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
5. Naxçıvan Beynəlxalq Aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi (Naxçıvan şəhəri).
6. Naxçıvan dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - (Naxçıvan şəhəri).
Liman məntəqələri üzrə
1. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi).
2. Azpetrol Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti).
3. Heydər Əliyev adına Dərin Dəniz Özülləri Zavodunda dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi).
4. Səngəçal Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi).
5. Dübəndi Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xəzər rayonu, Dübəndi kəndi).
6. Hövsan Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi).
7. Quru Yük Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi).
8. Zirə Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xəzər rayonu, Zirə kəndi).
9. Xaçmaz Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Xaçmaz rayonu, Niyazoba kəndi).
10. Lənkəran Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Lənkəran şəhəri, Sahil küçəsi).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi